Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Mən Ceyhunun anasının üzünə necə baxa bilərəm” - Ombudsman

“Mən Ceyhunun anasının üzünə necə baxa bilərəm” - Ombudsman
Ombudsman kitabları yandırmağın da inkvizitor və faşistlərə xas əməl olduğunu deyib


Dünən Ombudsman Aparatında dövlət orqanlarında ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin iştirakı ilə “Informasiya əldə etmək haqqında” qanunun icrasıyla bağlı görülən işlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr keçirilib. Bəzi çıxışlar maraqlı məqamları ilə diqqət çəkib.



Məlumatlı mənbədən əldə etdiyimiz bilgiyə görə, tədbirdə ilk növbədə Müdafiə Nazirliyinin nümayəndəsinin pafoslu çıxışı qeyri-səmimi qarşılanıb. Həmin nümayəndə yerli mətbuatı ordudakı ölüm hallarını şişirtməkdə, sensasiyalı başlıqlarla təqdim etməkdə suçlayıb. “Lakin bircə dəfə bir qəzet yazmır ki, filan əsgər Azərbaycanın suverenliyi uğrunda həlak oldu” - deyə Müdafiə Nazirliyinin əməkdaşı narazılığını çatdırıb və əlavə edib ki, jurnalistlərin mənəvi-ideoloji yöndə maarifləndirilməsinə ehtiyac var. Orduda ölüm hallarının qabardılmasının həm Silahlı Qüvvələrin nüfuzuna, həm də gənclərin vətənpərvərlik hissinə mənfi təsir göstərdiyini söyləyən nümayəndə ölüm hallarına digər sahələrdə də (nəqliyyat, səhiyyə və s.) rast gəlindiyinə diqqət çəkib.



Ombudsman Elmira Süleymanova ordu ilə bağlı mövzuda jurnalistlərin ehtiyatlı davranmasını tövsiyə etsə də, lakin əsgər ölümlərini digər sahələrdəki ölüm hadisələri ilə müqayisə etməyi düzgün saymayıb. O bildirib ki, cəmiyyət ilk növbədə ordudakı nizamnamədənkənar və ya qeyri-döyüş şəraitində baş verən ölüm hadisələrindən narahatdır və təəssüf ki, bu halların inkişafında artım dinamikası müşahidə olunur. “Mən əsgər Ceyhun Qubadovun ölümünə necə biganə qala bilərəm, onun anasının üzünə necə baxa bilərəm”, - deyə həyəcanını gizlətməyən Ombudsman məhz bu cür ölüm hallarının Azərbaycan Ordusuna başucalılığı gətirmədiyini, eləcə də Ermənistanın bu kimi hadisələrdən məharətlə yararlandığını təəssüflə bildirib. E.Süleymanova əksinə, orduda mənəvi-ideoloji işin gücləndirilməsinə böyük zərurət olduğunu vurğulayıb. O eyni zamanda, fevralın 17-də mərhum Ceyhun Qubadovun 40 mərasiminə qatılacağını, böyük faciə ilə üzləşmiş ailəyə ən azı mənəvi dəstəyini bir daha ifadə edəcəyini də diqqətə çatdırıb.



Tədbirdə daha bir maraqlı məqam yazıçı Əkrəm Əylisli ilə bağlı olub. Azərbaycanın imici və vətənpərvərlik mövzusunun davamı olaraq Ombudsman qeyd edib ki, Ə.Əylislinin məlum kitabı milli maraqlara nə qədər zərbədirsə, yaşlı bir yazıçıya qarşı qeyri-etik davranış və ya onun fiziki cəzalandırılmasına çağırış da bir o qədər zərərlidir. E.Süleymanova hətta televiziya vasitəsilə “qulaqkəsmə” cəzasının ayrıca müzakirəyə çıxarılmasını da əxlaqdan kənar və qeyri-ciddilik adlandırıb. Kitabda təhrif olunmuş faktlara cavab olaraq ortaya elmi-tarixi sübutlar qoymağın daha təsirli olacağını nəzərə çatdıran Ombudsman kitabları yandırmağın da inkvizitor və faşistlərə xas əməl olduğunu vurğulayıb. /Azadlıq qəzeti/


Teqlər:
Bu xəbər cəmi 1470 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR