"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində daha 24 azərbaycanlı tələbə 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş həmin tələbələr təhsilini Böyük Britaniya (12 nəfər), ABŞ (3 nəfər), Kanada (2 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), Avstriya (1 nəfər), Türkiyə (1 nəfər), Avstraliya (1 nəfər), Belçika (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, riyaziyyat, kompüter elmləri, elektrik mühəndisliyi, turizm, hüquq, diplomatiya və siyasi elmlər ixtisasları üzrə davam etdirəcəklər.
Qeyd edək ki, Dövlət Proqramına 2013-2014-cü tədris ili üzrə sənəd qəbulu 15 avqust 2013-cü il tarixində başa çatacaq.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın barələrində müsbət qərar verdiyi daha 24 namizədin siyahısı:
1. Abdullayev Əli Ceyhun oğlu
2. Ağayev Vüqar Rakif oğlu
3. Bayramov Elşən Arif oğlu
4. Bayramov Orxan Asəf oğlu
5. Cəfərov Ramin Muxtar oğlu
6. Cəfərova Leyla Fərhad qızı
7. Əhmədov Əli İsmayıl oğlu
8. Əliyev Ayxan Elxan oğlu
9. Əsgərov İlkin Siyavuş oğlu
10. İbrahimli Rəşid Rahid oğlu
11. İbrahimov Nicat Fuad oğlu
12. İsgəndərov Ceyhun Cəlal oğlu
13. İslamova Xədicə İlham qızı
14. İsmayılov Elçin Aydın oğlu
15. İsmayılov Orxan Qalib oğlu
16. Kərimova Yemən Nizami qızı
17. Mahmudova Fidan Əfqan qızı
18. Mehdiyev Qismət Qiymət oğlu
19. Mustafayeva Könül Ceyhun qızı
20. Qəribli Mahir Toğrul oğlu
21. Şabanov Sənan Çingiz oğlu
22. Sadıqova Nigar Adil qızı
23. Xəlilli Toğrul Azər oğlu
24. Xəlilli Aytac Nazim qızı