Dəyişiklikdə deyilir:
“1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 66) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Fərmana Əlavə I - “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri” üzrə:
1.1.1. 2-ci hissədə “35” rəqəmləri “32” rəqəmləri ilə əvəz edilsin;
1.1.2. 3.1-ci bənddə “AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ ŞƏXSİYYƏT VƏSİQƏSİ” sözləri “AZƏRBAYCAN RESPUBLİKASI – REPUBLIC OF AZERBAIJAN” sözləri ilə, “IDENTITY CARD OF THE CITIZEN OF THE REPUBLIC OF AZERBAIJAN” sözləri “ŞƏXSİYYƏT VƏSİQƏSİ – IDENTITY CARD” sözləri ilə əvəz edilsin, “yazılır” sözündən sonra “, yuxarı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur” sözləri əlavə edilsin;
1.1.3. 3.2-ci bənddə “CİNSİ/SEX” sözlərindən sonra “VƏTƏNDAŞLIĞI/NATIONALITY” sözləri əlavə edilsin, “QAN QRUPU/BLOOD GROUP” sözləri isə çıxarılsın;
1.1.4. 5.2-ci bənddə “orta hissəsinin” sözlərindən əvvəl “orta hissəsində “DOĞULDUĞU YER/PLACE OF BIRTH” və “QAN QRUPU/BLOOD GROUP” sözləri yazılır,” sözləri əlavə edilsin;
1.2. həmin Fərmana Əlavə III - “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsi” yeni redaksiyada verilsin (əlavə olunur).
2. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir”.