Şəhərciyin direktoru Nazim Sadıqov Mərkəzi Elmi Kitabxana və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin binalarının tikintisinin bu ilin sonuna qədər yekunlaşdırılacağı haqqında məlumat verib.. Onun sözlərinə görə, AMEA Kimya Problemləri, Fizika və Geologiya institutlarının binalarının əsaslı təmiri isə sentyabrda tamamlanacaq.
Qeyd edək ki, iyulun 20-dən etibarən Bakı Abadlıq İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərcikdə abadlaşdırma işləri həyata keçirilir.