"Bakı Tikiş Evi”nin (BTE) tikdiyi məktəbli formasının qiymətini endirib.Bu barədə Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib. E. Əzimov deyib ki, əvvəl aşağı siniflər üçün məktəbli forması dəstinin qiyməti 26 ölçüdən 38 ölçüyədək 40 manat, 40-42-44 ölçülərin qiyməti isə 45 manat idi: "İndi aşağı siniflərə məktəbli forması üçün bir qiymət müəyyənləşib. 26 ölçüdən 44 ölçüyədək bütün məktəbli forması dəstinin qiyməti ucuzlaşaraq 40 manata endirilib. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 34 ölçüdən 48 ölçüyədək qiymətlər 53 manat, 50 ölçüdən 54 ölçüyədək 55 manat idi. Haızrda yuxarı siniflər üçün məktəbli forması dəsti üçün vahid qiymət müəyyənləşib. Yuxarı siniflər üçün məktəbli forması dəsti 52 manata satılır. Qeyd edim ki, məktəbli forması dəstinə köynək, jilet, pencək şalvar və ya ətək daxildir”.
E. Əzimov artıq paytaxt üzrə 20, Abşeron rayonu üzrə Xırdalanda iki, Saray və Mehdiabad qəsəbəsində bir, Sumqayıtda iki mağazada yeni qiymətlərlə məktəbli formasının satışına başlanıldığını söyləyib. E. Əzimov bildirdi ki, məktəbli formasının satışında qiymət artımına yol verilərsə, alıcılar BTE-nin 597-45-39 saylı qaynar xətə zəng edib məlumat verə bilərlər. E. Əzimov artıq bu dərs ilindən Abşeron və Sumqayıt məktəblilərinin də BTE-nin istehsal etdiyi məktəbli formasını geyinəcəyini söylədi.