Parkın ümumi sahəsi 2 hektardır
Bakıda Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində böyük parkın tikintisi başa çatıb.Bu barədə day.az-a Bakının Nərimanov rayon İcra Hakimiyyətindən bildiriblər.
Parkın ümumi sahəsi təxminən 2 hektardır. Burada fontanlar, yeni işıqlandırma sistemi quraşdırılıb, dekorativ ağaclar və kollar əkilib, yaxınlıqda yaşayan sakinlərin istirahəti üçün bütün şərait yaradılıb.
İcra Hakimiyyətindən qeyd ediblər ki, park 2 hissədən ibarət olacaq. Onun birinci hissəsi artıq hazırdır, ikinci hissə isə Həsən Əliyev küçəsindən F.Xoyski küçəsinədək uzanacaq. Burada həmçinin 800 yerlik yeraltı, ikimərtəbəli parkinqin inşası planlaşdırılır.