Məlumata görə vəkil Xaliq Bağırov ötən gün Sədərək məhkəməsinin onun haqqında yaydığı açıqlamaya münasibət bildirərkən deyib. Vəkil bildirib ki, məhkəmələr mövqeyini məhkəmə aktlarında ifadə edirlər. Bəyanat adlı məhkəmə aktı heç bir prosessual qanunvericilikdə nəzərdə tutulmayıb: “Bəyanatda qeyd olunmuş, mənim məhkəmə prosesini pozmaq istəməyim həqiqəti əks etdirmir, böhtandan başqa bir şey deyil. Bəyanatda qeyd olunur ki, X.Bağırov 6 fevral 2013-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına üzürlü səbəb göstərmədən gəlməmiş, bundan sonra da prosesin qəsdən gecikdirilməsi üçün oxşar hərəkətlərə yol verib.
06 fevral 2013-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Orucovun icraatında Hilal Məmmədovun məhkəməsi təyin edilmişdir. Həmin məhkəmədə Hilal Məmmədovun vəkillərin məhkəmədə iştirakını məhdudlaşdırmasına baxmayaraq Azər Orucovun müraciəti əsasında Vəkillər Kollegiyası vəkillərin məhkəmədə iştirakını məcburi hesab etmişdir.
H.Məmmədovun məhkəməsində iştirakımla əlaqədar Sədərək rayon məhkəməsində təyin edilmiş məhkəmə iclasına gedə bilməmişəm. Bu barədə məhkəməyə həm şifahi, həm telefonla, həm də teleqram vuraraq qabaqcadan məlumat vermişəm”.
Bəyanatda qeyd olunur ki, “12 fevral 2013-cü il tarixinə təyin olunmuş növbəti məhkəmə iclasında Xalid Bağırov vəkil etikasına riayət etməyib, nalayiq hərəkətlər edərək məhkəməyə sədrlik edən hakimin işinə maneçilik yaratmağa çalışıb”. Bundan sonra 11.02.2013-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak etmişəm.
Həmin məhkəmə iclasında Məhkəmə hakiminə etiraz verilmişdir. Etirazın səbəbi isə bu işə baxan hakimin, hələ ötən ilin dekabr ayının 11-də müdafiə etidiyim şəxslər Məmməd Qurbanov və Nadir Məmmədov barəsində həbs seçərkən qərarda onların cinayət törətmələrini yazmasıdır. Belə olan təqdirdə artıq təqsirlilik məsələsinə münasibət bildirmiş, hakimin həmin işə yenidən baxması qərəzsiz məhkəmə prinspinə ziddir.
Məhkəmə etirazla bağlı işi Naxçıvan Ali Məhkəməsinə göndərərkən və məhkəmə baxışının 12 yanvara saat 11.00 təyin etməsi etiraza necə baxılacağının göstəricisi idi. Naxçıvan MR Ali Məhkəməsi 12 yanvar tarixində etiraza baxmış və iş artıq 11.00-da Sədərək rayon məhkəməsinə göndərilmişdir.
Həmin gun bizim tərəfimizdən işlə tanış olmaq üçün şərait yaradılması, bəzi sənədlərin sürətinin verilməsi, müdafiə tərəfinin şahidlərinin dindirilməsi, foto və videomaterialların işə əlavə edilməsi, ekspertiza təyin edilməsi və sairə vəsatətlərimiz məhkəmə tərəfindən təmin edilmədikdən sonra, müdafiə etdiyim şəxslər mənim məhkəmədə iştirakımı məhdudlaşdırdılar və mənim vəsatət verməyimi, şahidləri dindirməyi və ümumiyyətlə məhkəmədə aktiv iştirak etməyimi qadağan etdilər.
Ondan sonra, meydana aşağıdakı səhnə çıxdı:
“Hakim: Müdafaiəçi, şahidə sualınız var?
Müdafiəçi: Varımdır, vermirəm.
Hakim: Təqsirləndirilən şəxs Məmməd Qurbanov, şahidə sualınız var?
Təqsirləndirilən şəxs: Mən iclasda iştirak etmirəm.”
Birdə mən necə məhkəmə iclasına mane olmuşam ki, 3 zərərçəkmiş 12 şahidli cinayət işinin məhkəmə istintaqı 12 yanvar nahardan sonra başlamış və 13 yanvar nahara kimi başa çatmışdır. Həmin gün məhkəmə hökm oxumuşdur. Bu tezlikdə obyektiv məhkəmə araşdırması aparmaq mümkündürmü?
Bəyanatda daha sonra qeyd olunur ki, “13 fevral 2013-cü il tarixdə X.Bağırov məhkəmə prosesinin davam edəcəyini bildiyi halda əvvəlcədən məhkəməni xəbərdar etmədən və təqsirləndirilən şəxslərin hüquqlarını onların razılığı olmadan müdafiə etməkdən imtina edərək məhkəməyə gəlməmiş və Bakı şəhərinə getməyə cəhd göstərib. Beləki, qeyd olunan tarixdə məhkəmə prosesi başlanarkən vəkil X.Bağırovun məhkəmə iclasına gəlmədiyi və bununla bağlı məhkəməni məlumatlandırmadığı məlum olmuşdur.”
Qeyd edim ki, Naxçıvandan Bakıya uçan ilk təyyarə reysi saat 11.00-dadır. Həmin reys reqistrasiya saat 10.30-da başa çatır. Mən reqistrasiyasiyasadan keçib, minik salonuna keçərkən saxlanılmışamsa, o zaman məhkəmə necə müəyyən edə bilərdi ki, mən saat 11.00 təyin edilmiş məhkəmə iclasına gəlməmişəm.
Burdan belə nəticəyə gəlmək olar ki, ya mən məhkəməyə bu barədə əvvəlcədən məlumat vermişəm və ya Naxçıvanda olduğum müddət izlənmişəm.
13 yanvarda Bakı şəhərində məhkəmədə olmalı olduğumu qeyd etsəm də, hər ehtimala mən Bakıya uçmazdan öncə məhkəməyə bir daha teleqram vurmuşdum.
Məncə bu bəyanatın Azərbaycan hüquq sistemi ən biabırçı cəhəti “Məhkəmə vəkil X.Bağırovun 13 fevral 2013-cü il tarixdə keçirilən növbəti məhkəmə prosesində iştirakını təmin edib” qeyd etməklə məhkəmə vəkilin hava limanın oğurlanmasını, azadlıq və sərbəst hərəkət etmə hüququndan məhrum edilməsini rəsmən etiraf edir”.