Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

53 nəfərə Azərbaycandan çıxmaq qadağan olunub

53 nəfərə Azərbaycandan çıxmaq qadağan olunub
Azərbaycan Vergilər Nazirliyi vergi borcu olan ödəyicilərdən borcun büdcəyə ödənilməsi üçün tətbiq olunan üsulları genişləndirib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bura borcluların ölkədən getməsinə qadağa qoyulması, vergi borcları nəqliyyat vasitələrinə yönəldilməsi, hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən fiziki şəxslərin borclarının isə hüquqi şəxslərdəki paylarından tutulması və s. daxildir. Belə ki, 2012-ci ildə sahibkarlıq fəaliyyətini dayandırmaqla dövlət büdcəsi qarşısında öhdəliklərini tam icra etməyən fiziki şəxslərin borclarının onların mülkiyyətində (şəxsi istifadəsində) olan nəqliyyat vasitələrinə yönəldilməsi prosesi sürətləndirilib. Görülmüş tədbirlər nəticəsində bu cür nəqliyyat vasitələri müəyyən edilən 5 470 vergi ödəyicisinin 2,510 mln. manat məbləğində borc məbləğinin dövlət büdcəsinə alınması təmin edilib, 29 vergi ödəyicisinin müvafiq nəqliyyat vasitələri siyahıya alınıb, 99 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərilərinə həbs qoyulmaqla onların cərimə meydançalarına yerləşdirilməsi barədə məhkəmə qərardadları çıxarılıb. Ötən il hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən fiziki şəxslərin borclarının hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə 82 fiziki şəxsə qarşı məhkəmələrdə iddialar qaldırılıb. Bu iddialardan artıq 7-si üzrə borc məbləğinin hüquqi şəxsin əmlakındakı payına yönəldilməsi barədə qətnamə çıxarılıb, 3 iş üzrə isə borc məbləği ödənildiyindən müvafiq məhkəmə qərardadı qəbul olunub. Dövr ərzində görülmüş tədbirlər nəticəsində hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən 879 fiziki şəxs üzrə 543,5 min manat məbləğində borclarının dövlət büdcəsinə alınması təmin edilib. Ötən il 1 421 borclu vergi ödəyicisinin ölkədən getmə hüququnun məhdudlaşdırılması üçün aidiyyəti üzrə müraciətlər edilib, bunlardan 654 vergi ödəyicisi borclarını ödəyib, 53-nün ölkədən getmə hüququ məhdudlaşdırılıb. «Qalan vergi ödəyiciləri barədə müvafiq strukturları tərəfindən tədbirlər görülməkdədir», - deyə məlumatda bildirilir.

Teqlər:
Bu xəbər cəmi 1260 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR