“2013-cü il üçün Dövlət Proqramının maliyyələşdirilməsi məqsədilə Dövlət Neft Fondunun büdcəsində 34 mln manat nəzərdə tutulub ki, bu məbləğə də həm təhsil alanların, həm də yeni qəbul olunanların təhsilini maliyyələşdirilməsi daxildir. Bu il göndəriləcək olacaq tələbələrin sayı qeyd olunan məbləğə uyğun şəkildə müraciətlərdən asılı olaraq müəyyənləşəcək”-deyə, Nazirlik əlavə edib.
Qeyd edək ki, Azərbaycanda təhsilin inkişafı (2003-2013) istiqamətində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə bu günə qədər 1825 nəfər təhsil alıb. Statistikaya əsasən, 2007-2008-ci tədris ilində – 66, 2008-2009-cü tədris ilində – 134, 2009-2010-cu tədris ilində – 308, 2010-2011-ci tədris ilində – 275, 2011-2012-ci tədris ilində – 435 və 2012-2013-cü tədris ilində – 607 nəfər təhsil alıb.