Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Azərbaycanın ucqar dağ kəndlərində sürətli internet olacaq”

Yaxın vaxtlarda Azərbaycanın ucqar dağ kəndləri belə sürətli genişzolaqlı internet xidmətlərinə qoşulacaq.


Bu məlumat Əli Abbasovun rəsmi facebook səhifəsində paylaşılıb:



Məlumatda bildirilir ki, bütün kənd sakinlərinin internet xidmətlərindən yüksək keyfiyyətlə istifadə etməsi üçün yeni kompleks layihə həyata keçirilir:



"Yeni layihənin həyata keçirilməsi ilə kəndlərdə də şəhərlərdə olduğu kimi, bütün multimedia xidmətləri təqdim ediləcək. Ucqar yaşayış məntəqələrinin optik kabellərlə mərkəzə birləşməsi nəticəsində genişzolaqlı internet xidmətlərinə qoşulan sakinlərin sayının bir neçə dəfə artmasına şərait yaranacaq ki, bu da Azərbaycanın 3500 kəndində şəhər rabitəsi ilə kənd rabitəsi arasında fərqin tamamilə aradan qaldırılması ilə yanaşı, ölkəmizin ümumdünya göstəricisində bir neçə pillə irəliləməsinə şərait yaradacaq.



Eyni zamanda hazırda Azərbaycanda "Hər evə optika" layihəsi üzərində işlər aparılır. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının hər bir kəndə və yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsi hazırlanıb. Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur.



Layihənin icrası əhalini Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/s sürətli genişzolaqlı internetlə təmin edəcək.



Beləliklə, ölkənin regionları arasındakı İKT infrastrukturunun inkişafındakı "rəqəmsal fərq" aradan qaldırılacaq, ölkənin rəqəmsallaşma indeksi, İKT-nin inkişafının infrastruktur və keyfiyyət göstəriciləri inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşacaq, əhalinin tam yüksək keyfiyyətli internet xidmətlərindən cəlbedici qiymətlərlə istifadəsi təmin ediləcək, genişzolaqlı internet xidmətlərinin yayılma səviyyəsi 85%-ə çatacaq.



Hazırda ölkəmizdə internet istifadəçilərin sayı 60 faizdir və bunun yarısı genişzolaqlı internetdən istifadə edə bilir. Dünyada isə 2015-ci ilə qədər internet istifadəçilərinin sayı 3 milyarda çatacaq, bu da planet əhalisinin 40%-ni təşkil edəcək".


Teqlər:
Bu xəbər cəmi 2570 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR