Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Kimsə cavab verməli idi, cavab verən də mənəm”

“Kimsə cavab verməli idi, cavab verən də mənəm”


Təbii olaraq o tənqidlərdən bizə də pay çatdı. Amma onların hamısı bizə şamil edilmirdi. 



İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Ələkbərov fevralın 15-də “Media forum” saytının suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:



- Fevralın 14-də prezident İlham Əliyev sizi vəzifədən azad etdi. Bunu gözləyirdinizmi?

- Təbii ki... Rayonda belə bir dəhşətli hadisə baş vermişdi, sabitliyi təmin edə bilməmişdik. Bunun üçün də qərarı əsaslı sayıram. Gözlənilən qərar idi. Hadisə baş verən gündən bu qərarı gözləyirdim.



- “Sabitliyi təmin edə bilməmişdik” deyəndə nəyi nəzərdə tutursunuz?

- Yanvarın 23-24-də baş verən hadisələrə icra başçısı olaraq mən cavabdeh idim.



- Ötən həftə “Media forum” saytına müsahibənizdə söyləmişdiniz ki, rayonda sabitlikdir, hər şey qaydasındadır...

- Bəli. Hər şey normallaşır. Ayın 24-dən sonra hər şey normaldır. Amma yanvarın 23-24-də baş verən hadisələrlə bağlı kimsə məsuliyyət daşımalı, cavab verməli idi. Cavab verən də mənəm.



- Fevralın 12-də Bakı Biznes Mərkəzində prezident İlham Əliyevin sədrliyi ilə konfrans keçirildi. Deyilənə görə, orada prezident sizi sərt tənqid edib...

- Konfransda müxtəlif tənqidlər səsləndirildi. Təbii olaraq o tənqidlərdən bizə də pay çatdı. Amma onların hamısı bizə şamil edilmirdi.



- Şəxsən sizin adınızı çəkdimi prezident?

- Yox. Ad çəkilərək tənqid olmadı.



- Prezident çıxışında məmur övladlarını da sərt tənqid etdi...

- O sözlərin bizə aidiyyəti yoxdur. Bizdə məmur özbaşınalığı olmayıb. Hadisələr məişət zəminində yaranıb, emosiyalar coşub və belə xoşagəlməz hal yaranıb. Bizim rayonda heç vaxt məmurlardan şikayət olmayıb. Əhali ilə həmişə sıx təmasda olmuşuq. Yanvarın 24-ü, hadisələrin baş verdiyi ikinci gün mən sərbəst şəkildə İvanovka kəndində görüş keçirmişəm, hesabatda olmuşam. Ondan sonra da rayonda tam sərbəst hərəkət etmişəm.



- Sizcə, prezidentin məmur övladlarına xəbərdarlığında sizin qardaşınız, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova da söz çatırmı?

- Qətiyyən. Füzuli müəllimin oğlunun bura aid olduğunu düşünmürəm. Sizin sayta öncəki müsahibəmdə də bildirmişdim ki, hadisələr baş verən gün Vüqar Ələkbərov Bakıda idi, övladının dünyaya gəlməsini gözləyirdi. Ayın 24-də övladı anadan oldu. O, İsmayıllıda olmamışdı.

Ümumiyyətlə Vüqarın dilindən heç vaxt söyüş çıxmayıb. Çox mədəni oğlandır. Heç vaxt kobud danışmır, təhqirdən istifadə etmir.



- Vüqar Ələkbərovun İsmayıllı ilə hər hansı bir əlaqəsi, rayona intensiv gediş-gəlişi varmı?

- Bəli. Cüdo Federasiyasının yerli şöbəsinin sponsoru idi. “Çıraq” otelini də bir müddət federasiyaya icarəyə vermişdi. Bu işlərlə bağlı olaraq hərdən İsmayıllıya gəlirdi.



- İsmayıllının yeni icra başçısı Mirdaməd Sadıqovla tanışlığınız varmı?

- Bəli. Biz həmişə rayonda keçirilən tədbirlərə onu dəvət edirdik. Həmişə də gəlirdi. Mirdamət müəllim çox ziyalı, intelligent bir şəxsdir. Ona işlərində uğurlar arzu edirəm.



- Vəzifənizdən azad olunduğunuzu nə vaxt bildiniz?

- Dünən axşam, saat 6 radələrində.



- Planlarınız nədir?

- Yəqin ki, bir müddət istirahət edəcəm. Ondan sonra nə edəcəyimə qərar verəcəm. Hələ ki, dəqiq heç nə deyə bilmərəm.



Qeyd: Yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Bu insident böyüyərək “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub. Olaylara görə 16 nəfər həbsdədir.


Teqlər:
Bu xəbər cəmi 1200 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR