Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 27-32 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 26-da əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayri-ayri yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü, eyni zamanda nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.