Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Müəllimlərin imtahanı başladı

Müəllimlərin imtahanı başladı
İyulun 25-dən avqustun 7-dək 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbuluna dair test imtahanları keçiriləcək.


Yenimeydan.info" xəbər verir ki, test imtahanlarının keçirilmə vaxtı barədə məlumat və iştirakçılar üçün “Yaddaş” hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə göndərilib.



İyulun 25-də Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə imtahan keçiriləcək. Bu fənn üzrə 296 vakant yerə 2589 namizəd iştirak edir. 



Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 ünvanında yerləşən əsas korpusunda keçiriləcək. 



Test imtahanına 1 saat vaxt verilir. Bu müddət ərzində namizəd ixtisas üzrə ümumi təhsil proqramını əhatə edən 25, məntiqdən, fənnin tədrisi metodikası və təlim strategiyalarının hər birindən 5 olmaqla, 35 sualı cavablandırmalıdır. İmtahan başa çatdıqdan sonra monitorda düzgün cavabların sayı qeyd olunur.



İmtahanın gedişi videolentə alınır. Qaydaları pozan (mobil telefondan, əlavə vəsaitlərdən, başqasının monitorundan istifadə edən, imtahanın gedişinə mane olan) şəxslər imtahandan xaric olunacaq və nəticəsi ləğv ediləcək.



Test imtahanlarından uğurlu nəticə əldə edənlər üçün 12-16 avqust 2013-cü il tarixlərində müsahibə təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcək. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytında “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdirilib.


Teqlər:
Bu xəbər cəmi 1620 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR