Tanınmış teleaparıcı və psixoloq İlham Mirzəyev ikinci dəfə bıçaqlanması ilə bağlı mətbuatda yayılan xəbərə Publika.Az vasitəsilə münasibət bildirib. Teleaparıcı bu xəbərin yayılmasında “Space” televiziyasında çalışan bəzi həmkarlarının barmağı olduğunu bildirdi.
-Bizi yaman qorxuzdunuz, eşitdik ikinci dəfə bıçaqlanmısınız?
-Yalan xəbərdir. Yazıblar ki, güya mən Türkiyədə bıçaqlanmışam. Mən Bakıdayam və işimin başındayam. Bunu işçilərim də sübut edə bilərlər. Nə Türkiyə, nə bıçaqlanma?Bu bəzi məni gözügötürməyən həmkarlarımın xəyallarıdır.
-Axı çalışdığınız “Space” televiziyası da bu xəbəri təsdiqləyib…
-Əvvələn, mən iyunun 12-də çalışdığım “Space” telekanalından çıxarkən bıçaqlanmışam və bu hadisə yeni deyil. Yaxşı həmin vaxt bu xəbər barədə niyə telekanaldan məlumat verilmədi? İndi vaxt keçəndən sonra deyirlər ki, İlham Mirzəyevi bıçaqlayıblar. Amma indi köhnə xəbəri gündəmə gətiriblər.
-Sizcə, burda kimin barmağı var?
-Kimin olacaq, telekanalda çalışan bəzi insanların.
-Məqsəd nədir ki?
-Nə olacaq, imicimə xələl gətirmək, məni qaralamaq.
-Rəhbərliklə münasibətiniz necədir?
-Əla. “Space”nin rəhbəri Vaqif Mustafaevin həmişə qayğısını hiss etmişəm. O, hər zaman mənim hörmətimi saxlayır.
-Bəs onda kimlər bu xəbəri yayır?
-Bəzi işçilərin ola bilər ki, əli dinc durmayıb.
-Bəlkə dili?
-Hə dili dinc durmayıb. (gülür) Aranı qarışdırmaq üçün ortaya nəsə atmalıdırlar axı. Məndən yapışıblar.
-Yaxşı deyin görək, cinayət hadisəsi nə yerdədir…Sizə hədə-qorxu gəlirdilər, ölümlə təhdid edirdilər. Yenədəmi o hədə-qorxular davam edir?
-Yox cinayətkar yaxın günlərdə öz cəzasını alacaq. Sağ olsun, qanun keşiyində duranlarımız, məni tək qoymadılar. Azərbaycanda hər zaman qanunlar işləyib və cinayətkar cəzasını çəkib. Mənə daha hədə-qorxular olunmur. Mən saytınz vasitəsi ilə Ölkə Pezidentinə, Respublika Baş Prokuruna, DİN- rəhbərinə öz minnətdarlığımı bildirirəm. Artıq qorxusuz evimdə yaşaya bilirəm, anam, ailəm, övladlarım təhlükəsizdir. Yaxın günlərdə də cinayətkar həbsə atılacaq.