Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 25-də gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, iyulun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.