Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İnternetə çıxışın sürəti artıb

İnternetə çıxışın sürəti artıb


Veb-məzmunun tədarük şəbəkəsi “Akamai Technologies” dünyanın müxtəlif ölkələrində internetə çıxış sürəti haqqında hesabat dərc edib.



2013-cü ilin birinci rübündə keçirilmiş tədqiqatın yekununa əsasən məlum olub ki, “Ümumdünya hörümçək toru”na orta çıxış sürəti 3,1 Mbit/s olub.



Bu göstərici 2012-ci ilin dördüncü rübünün sonuna olan vəziyyətlə müqayisədə 4% daha çoxdur. İllik göstərici üzrə planetdə internetin sürəti 17% artıb. Tədqiqat 123 ölkəni əhatə edir. Onların arasında internetə qoşulma sürəti üzrə ən aşağı artım Oman (+1.4%), ən çox artım isə İraqda (+122%) qeydə alınıb.



Cənubi Koreya əvvəlki kimi internetləşdirilmə üzrə liderdir. Ölkə əhalisinin 50%-i internetə sürətli çıxış imkanına malikdir, internetə orta qoşulma təxminən 14,2 Mbit/s təşkil edir. Bununla belə, ölkə ərazisində internetə çıxış sürəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb.



İnternetə qoşulma sürəti üzrə liderlər üçlüyünə Yaponiya və Honkonq daxildir. Bir il ərzində bu ölkələrin payı müvafiq olaraq 6,8% və 16% artıb. İsveçrə, Hollandiya, Latviya, Çexiya, İsveç, ABŞ və Danimarka internetə ən sürətli çıxış imkanına malik on ölkə sırasına daxildir.

 


Teqlər:
Bu xəbər cəmi 1670 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR