1) Avropa Parlamentinin Azərabaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarılması ilə bağlı yayılan məlumatlara və onların səbəblərinə aydınlıq gətirmək məqsədilə Demokratik Qüvvələr Birliyinin Avropa Birliyinə müraciət göndərməsi qərara alınıb.
2) Demokratik Qüvvələr Birliyinin fəaliyyətini tənzimləmək üçün Reqlament qəbul edilib.
3) Demokratik Qüvvələr Birliyi Azərbaycanın demokratik qüvvələrinin birliyini və qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirakını müsbət qiymətləndirib.