Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanlıların Rusiyaya yolunu bağlayan qanun hazırlanıb

Azərbaycanlıların Rusiyaya yolunu bağlayan qanun hazırlanıb
Dövlət Dumasına bir sıra keçmiş sovet respublikalarının vətəndaşları üçün əmək vizasının tətbiqinə dair qanun layihəsi təqdim olunub


Rusiya Dövlət Dumasına Azərbaycan da daxil olmaqla bir sıra keçmiş sovet respublikalarından olan vətəndaşların bu ölkəyə girişini məhdudlaşdıran qanun layihəsi təqdim olunub.



Virtualaz.org-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qanun layihəsinin müəllifi Rusiya Kommunist Partiyasının parlamentdəki fraksiyasıdır. “İzvestiya” qəzetinin redaksiyası bu layihənin bir nüsxəsini əldə edib.



Qəzet yazır ki, layhəyə əsasən Azərbaycan, Ukrayna, Moldova, Ermənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşlarının Rusiyaya daxil olması üçün əmək vizası tələb edilməlidir. Bu viza miqrantların Rusiyada işləmək icazəsini təmin edəcək.



Layihədə göstərilir ki, yalnız Gömrük İttifaqına daxil olan Belarus və Qazaxıstan vətəndaşları bu məhdudiyyətdən kənarda qala bilər. Hazırda MDB ölkələrinin vətəndaşları üçün Rusiyada işləməyə əmək vizası tələb olunmur. Onlar işə icazə və ya patent almaqla Rusiyada əmək fəaliyyəti ilə məşğul ola bilərlər.



Qanun layihəsinin müəlliflərindən biri, Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin sədr müavini Valeri Raşkin deyir ki, rəsmi olaraq hazırda Moskvada cəmi 200 min miqrantın işlədiyi göstərilir: “Ancaq küçəyə çıxmaq və ətrafa göz gəzdirmək kifayətdir. Biz axı kor deyilik. Paytaxtda hazırda 2 milyona yaxın miqrant var”.



Hakim Vahid Rusiya Partiyasından olan deputat, Dövlət Dumasının MDB Komitəsinin sədr müavini Oleq Lebedev də qanun layihəsinin tərəfdarı olduğunu bildirib. Layihənin yaxın günlərdə müzakirəyə çıxarılacağı gözlənilir. 


Teqlər:
Bu xəbər cəmi 1610 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR