Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İsmayıllının yeni başçısı kimdir? - Tərcümeyi-hal

İsmayıllının yeni başçısı kimdir? - Tərcümeyi-hal
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İsmayıllı rayonunun yeni icra başçsı təyin edilən Sadıqov Mirdaməd Mirsadıq oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin rektorudur.


“İqtisad elmləri doktoru, professor Sadıqov Mirdaməd Mirsadıq oğlu 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.



1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxumuş, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakültəsinin “Maliyyə” ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirib.



1977-ci ilin noyabr ayının 2-də Azərbaycan Xalq Təsərrüfatı İnsititutunun Komsomol komitəsinin katibi seçilmiş və 1982-ci ilin sentyabr ayının 10-dək bu vəzifədə çalışıb.



1982-ci ilin 10 sentyabr tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnsititutu “Maliyyə -kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilmiş, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dossenti seçilmiş və 1988-ci ilin iyul ayının 8-nə qədər qeyd olunan vəzifələrdə işləyib.



1988-ci ilin iyul ayının 8-dən Bakı “Maliyyə-kredit” texnikumunun direktoru vəzifəsinə təsdiq olunaraq 1992-ci ilə qədər bu işdə çalışıb, texnikumun Azərbaycan Maliyyə-iqtisad kollecinə çevrilməsi ilə əlaqədar 1992-ci ilin aprel ayının 8-dən 1999-cu ilin iyul ayının 27-nədək kollecin direktoru vəzifəsinə təyin edilib.



1993-cü ilin mart ayından Yeni Azərbaycan partiyasının üzvüdür. 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış “Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi” nin icraçı direktorudur.



1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnsitituna prorektor vəzifəsinə təyin edilib.



2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi” nin baş idarə rəisi vəzifəsində çalışıb.



2008-ci il noyabr ayının 21-dən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.



2 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona “Əməkdar Elm Xadimi” fəxri adı verilib.



Ailəlidir. 4 övlad atasıdır.


Teqlər:
Bu xəbər cəmi 1790 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR