Təbrikdə deyilir: “Hörmətli media mənsubları, Əziz Xanımlar, Bəylər !
Sizləri – Haqq sözünü, Azərbaycan adını gündəlik fəaliyyətlərində bayrağa çevirən, dünyaya təqdim edən söz əsgərlərini - Milli Mətbuat Günü münasibətiylə təbrik etməkdən qürur duyuram!
Həsən bəy Zərdabi, Milli Mətbuatımızı yaratmaqla milli dövlətçiliyimizə aparan yolun uğurlu təməl daşlarından birini qoymaqla hər birimiz üçün şərəf və iftixar mənbəyinə çevrildi.
Milli Mətbuatımızın “Əkinçi”sinin səpdiyi toxumlar o qədər saf, niyyəti o qədər pak olmuşdur ki, onu sözlə ifadə etmək çətinliyi var. İnsana, insanlığa xidmət edən bu mötəşəm bünövrənin haqqında hər zaman danışılacaqdır.
Keçən 138 ilin bütün dönəmlərində ictimai – siyasi vəziyyətlərdən repressiya və senzuralardan, imperiya və irticalardan, diktator və demokratlardan – asılı olmayaraq, azad söz hər zaman qalib olmuşdur. SÖZ HAQQdır! - deyə, onu yenmək mümkün deyildir.
Hörmətli media mənsubları!
Bizi - torpağımızı, Bayrağımızı,Vətənimizi, Dövlətimizi, kimliyimizi və fəaliyyətimizi – dünyaya təqdim etmək şansını ALLAH Sizlərə verib. Bu gün Siz bu imkandan maksimum bəhrələnərək Azərbaycan həqiqətlərini xalqımıza və dünya ictimaiyyətinə çatdırırsınız. Bu müqəddəs işdə Sizlərə uğurlar arzulayıram".