Prezident İlham Əliyev İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərovu istefaya göndərib.
Məlumata görə, bu barədə dövlət başçısı sərəncam verib.
Prezidentin digər sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra başçısı təyin edilib.
Qeyd edək ki, Mirdaməd Sadıqov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub.
Xatırladaq ki, ötən ayın sonlarında İsmayıllıda kütləvi etirazlar keçirilmiş və rayonda başçıya məxsus Çıraq oteli yandırılmışdı. Sakinlər başçının qardaşı oğlunun (yeri gəlmişkən, icra başçısı nazir Füzuli Ələkbərovun qardaşıdır) rayon camaatını təhqir etməsindən hiddətlənmişdi.
İki gün əvvəl isə prezident keçirdiyi müşavirədə İsmayıllı olaylarına sətiraltı işarə vurararq bəzi məmurların övladlarının qudurğanlıq etdiyini demiş və onların ciddi cəzalandırılcağını bəyan etmişdi.