Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident jurnalistlərin ikinci binasının təməlini atdı - YENİLƏNİB

Prezident jurnalistlərin ikinci binasının təməlini atdı - YENİLƏNİB


Bakının Bibiheybət qəsəbəsində tikilən binadan mənzil alan jurnalistlər bu gün səhər saat 8:00 radələrində Mətbuat Evinin qarşısında toplaşıb oradan Fəxri Xiyabana gediblər. 



Mətbuat nümayəndələri Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin və görkəmli maarifçi Həsən bəy Zərdabinin məzarnı ziyarət edib, onların ruhu qarşısında baş əyiblər.



 Daha sonra jurnalistlər Bibiheybət qəsəbəsində tikilən binanın açılış mərasiminə qatılıblar.Ölkə başçısı da açılışa qatılıb. 



Burada keçirilən mərasimdə dövlət başçısı çıxış edib. İlham Əliyev jurnalistləri 22 iyul Milli Mətbuat günü münasibəti ilə jurnalistləri təbrik edib.

Prezident bildirib ki, dünya praktikasında ilk dəfə Azərbaycanda jurnalistlər üçün pulsuz yaşayış binası tikilərək istifadəyə verilib.

Ölkə başçı deyib ki, bu ərazidə yaşayış kompleksi genişləndiriləcək, dövlətin mətbuata qayğısı davam etdiriləcək. O, açılışı olan binada yaşayacaq jurnalistlərlə yanaşı, dövlətin dəstəyinə ehtiyacı olan digər qələm sahiblərinin da yaddan çıxmayacağını xatırladıb. “Təşəbbüsü nəzərə alaraq, jurnalistlərə bu sahədə dəstək davam edəcək. İstisna etmirəm ki, bura gələcəkdə jurnalist şəhərciyi olacaq”.



Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digər KİV nümayəndələri dövlətin mətbuata dəstəyini yüksək qiymətləndirilib.



Prezident İlham Əliyev qırmızı lenti kəsdikdən sonra mənzillərə baxış keçirib.



Daha sonra ərazidə jurnalistlər üçün ikinci binanın təməlqoyma mərasimi də olub. Prezident İlham Əliyev yeni binanın təməlqoyma mərasiminə də qatılıb. Təməlqoyma mərasimində qeyd olunub ki, binanın 2 ildən sonra - 2015-ci ildə təhvil verilməsi nəzərdə tutulur.


Teqlər:
Bu xəbər cəmi 1515 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR