Modern.az-ın Azadlıq radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Əflatun Amaşovun dediyinə görə, sabah – iyulun 22-də Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün ikinci binanın təməli qoyulacaq.
Qeyd edək ki, ölkə prezideninin 2010-cü ildə imzaladığı sərəncamla mətbuat nümayəndələri üçün paytaxtın Bibiheybət qəsəbəsində 156 mənzilli bina tikilib. Binanın açılışı sabah olacaq.