Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident müsəlman ölkələrinin səfirlərini qəbul etdi

Prezident müsəlman ölkələrinin səfirlərini qəbul etdi


İyulun 20-də Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.



APA-nın verdiyi xəbərə görə, prezident İlham Əliyev görüş iştirakçılarını salamlayaraq Ramazan ayında bu cür görüşlərin gözəl ənənəyə çevrildiyini qeyd edib: “Mən sizi görməyimə çox şadam. Keçən ilin avqust ayında da görüşmüşdük. Eyni zamanda, il ərzində müxtəlif tədbirlərdə də bir yerdə idik. Mən çox şadam ki, müsəlman ölkələrinin səfirləri bizim mərasimlərimizdə fəal iştirak edirlər. Xüsusilə qədim məscidlərimizin təmirdən sonra açılışlarında da iştirak edirlər. Bibiheybət, Təzəpir, Əjdərbəy məscidlərinin açılışlarında da biz bərabər idik. Bu ilin may ayında Azərbaycanın və müsəlman aləminin ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidinin əsaslı təmirdən sonra açılışında da biz bərabər idik”.



Dövlət başçısı qeyd edib ki, bütün bu məsələlər daha da birləşdirir və İslam aləmində qarşılıqlı anlaşmanı gücləndirir: “Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri var. Ölkələrimiz dost, qardaş ölkələrdir. Mən çox şadam ki, müsəlman ölkələrinin səfirliklərinin sayı Azərbaycanda artır. Biz də öz növbəmizdə diplomatik nümayəndəliklərimizi də müsəlman ölkələrində artırırıq. Siyasi əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə də inkişaf var. Ancaq hesab edirəm ki, gələcək illərdə iqtisadi sahədə əməkdaşlığa daha da böyük diqqət verilməlidir. Eyni zamanda, bizim ölkələrimiz beynəlxalq təşkilatlarda da uğurla fəaliyyət göstərirlər, bir-birinə dəstək olurlar. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində bir-birini daim dəstəkləyib. İki il bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində də müsəlman ölkələrinin səyi çox əhəmiyyətli idi. Biz bu dəstəyə görə minnətdarıq”.


Teqlər:
Bu xəbər cəmi 1520 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR