Moskvanın cənub-şərqində iri ticarət mərkəzi yanıb. Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, “Moskva” ticarət-topdansatış mərkəzinin sahiblərindən biri Azrbaycan əsilli yəhudi milyarder Telman İsmayılovdur.
Xəbərə görə, iyulun 20-nə keçən gecə yanğın Tverskoy bulvarında yerləşən üçmərtəbəli binanın üçüncü mərtəbəsində başlayıb, daha sonra ikinci mərtəbəyə keçib. Hadisə yerinə çoxsaylı yanğınsndürənlər briqadası cəlb olunub.
Ticarət mərkəzinin administrasiyası bildirir ki, içəridə adamlar olmayıb. Yanğın əsasən söndürülsə də binada tüstülənmə xeyli davam edib.
Qeyd edək ki, “Moskva” ticarət-yarmarka kompleksi Moskvanın ən iri ticarət mərkəzlərindən biridir. Vaxtilə T.İsmayılova məxsus “Çerkizovsk” bazarı bağlananda orada işləyənlərin əksəriyyəti, o cümlədən azərbaycanlılar bu ticarət mərkəzinə köçdü. Ticarət mərkəzinin sahiblərindən biri T.İsmayılova məxsus “AST” şirkətlər qrupudur.