Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

350-dən çox maşından plyonka sökülüb

350-dən çox maşından plyonka sökülüb
Paytaxtın müxtəlif istiqamətlərində apardığımız müşahidələr göstərdi ki, sürücülər plyonkadan olmasa da, xüsusən də maşınların yan şüşələrində hələ də pərdələrdən istifadə edir.


Müşahidələrimizə Azneft meydanından başladıq. Təxminən 15-20 dəqiqəyə yaxın müddət ərzində apardığımız çəkiliş zamanı kameramızın obyektivinə hardasa 10-a yaxın avtomobilini plyonka və ya pərdə ilə idarə edən sürüçü tuş gəldi.



Atatürk və Tbilisi prospektlərində də hardasa 10-15 maşından bir nəqliyyat vasitəsində görünməni məhdudlaşdıran şəffaflığı korlayan pərdə və plyonkalar ilə idarə edən sürücülərə rast gəldik. Başqa bir istiqamətə mərkəzi statistika dairəsinə yollandıq.



Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşları da burda reydlərini davam etdirirdi. Avtomobilini plyonka ilə idarə etdiyinə görə saxlanılan bu sürücü isə polis əməkdaşları ilə mübahisəyə başladı.



Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, təkcə dünən nəqliyyat vasitəsini pərdə və pyonka ilə idarə etdiyinə görə, 350-dən artıq sürücüyə inzibati protokol tərtib edilib. 70-ə yaxın sürüçünün isə avtomobilinin yol hərəkətində istimar edilməsi qadağan edilib və nəqliyyat vasitələri müvəqqəti mühafizə olunan dayanacağa göndərilib. Son iki gündə isə avtomobilini görüntünü məhdudlaşdıran vasitə ilə idarə edən 500 dən çox sürücü cərimələnib.



Qeyd edək ki, “yol hərəkətləri haqqında” qanuna edilən 1 saylı əlavənin tələbi ilə avtomobilin şüşələrinə görünməni məhdudlaşdıran, şəffaflığı korlayan pərdə və plyonkaların quraşdırılaraq istifadə edilməsi yolverilməzdir.


Teqlər:
Bu xəbər cəmi 1740 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR