Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yeni nazir üç ayda nə iş görüb?

Yeni nazir üç ayda nə iş görüb?
Mikayıl Cabbarovun təyinatından ötən müddətdəki fəaliyyətinin müsbət və mənfi tərəfləri...


Təhsil naziri Mikayıl Cabbarovun bu posta təyinatının üç ayı tamam olur. Bu müddətdə orta ümumtəhsil məktəblərində mərkəzləşmiş imtahanlar, attestat və qəbul imtahanlarının bir hissəsi baş tutub. Həmin müddət imkan verir ki, yeni nazirin fəaliyyəti müəyyən mənada qiymətləndirilsin.

Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu qeyd edir ki, təhsil nazirinin bu dönəmdəki fəaliyyətini həm müsbət, həm də mənfi baxımdan qiymətləndirmək olar: “Müsbət odur ki, onun məramı məlumdur, yəni, təhsil sahəsini qaydasına salmaq istəyir. Mənfi tərəfi isə təhsilin əsas, başlıca problemlərini qoyub xırda problemlərlə məşğul olmasıdır.  Təhsilin başlıca problemi onun köklü islahatlarına olan ehtiyacdır. Korrupsiyanın qarşısını almaq bu şəraitdə mümkün deyil. Müxtəlif təhsil orqanlarında çalışanlar birbaşa hakimiyyətin öz balalarıdır və onları da müxtəlif yollarla yedizdirirlər. Heç vaxt da yeni nazirin onlara gücü çatmayacaq. Bir azdan o, öz fəaliyyətinin mənasızlığını dərk edəcək”.

Ekspert həmçinin işə qəbulla bağlı nazirin qərarlarını müsbət dəyərləndirir. Onun fikrincə, işə qəbulda olan maneələr, məktəb direktorlarının bu işdə sui-istifadə hallarının qarşısı alınıb: “Ola bilər bundan sonra nazirin fəaliyyətində ümidverici bir iş olsun. Onun müəyyən cəhdlərinə baxmayaraq, hələ ki, böyük bir fəaliyyət hiss olunmur”.

Professor Nurəddin Məmmədli hesab edir ki, bu sistemin işlək mexanizmi demokratik dəyərlərdən uzaq olduğu, əxlaqa, mənəviyyata sığışmadığı üçün nəyəsə nail olmaq mümkün deyil. Nurəddin Məmmədlinin sözlərinə görə, korrupsiyalaşmış cəmiyyətdə ayrı-ayrı kadrlar heç nəyi dəyişə bilmir: “Ona görə də belə bir cəmiyyətdə bir nəfərin vəzifəyə gətirilməsi problemləri tam həll edə bilməz. Cəmiyyəti savadsızlaşdırmağa doğru sürükləyirlər. Təhsilin səviyyəsi o qədər aşağı düşüb ki, artıq məktəb funksional əhəmiyyətini itirib. Abituriyentlər repetitorluq institutu hesabına uğur qazanır. Bu isə məktəbin yoxluğu deməkdir. Belə bir şəraitdə müsbət dəyişikliyə əminlik hiss etməmişəm və öz mövqeyimdə də qalıram”.


Teqlər:
Bu xəbər cəmi 1815 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR