Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu ilin media hesabatı açıqlandı

Bu ilin media hesabatı açıqlandı
İyulun 19-da Media Hüququ İnstitutu (MHİ) “Medianın hüquqi durumu – Azərbaycan” Yarımillik Hesabatını açıqlayıb.


Hesabatın təqdimat mərasiminə media qurumları rəhbərləri, jurnalistlər, xarici ölkə səfirlikləri nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri qatılıblar. Hesabatı MHİ-nin koordinatoru Xalid Ağaliyev açıqlayıb. O bildirib ki, hesabat MHİ-nin ekspert və əməkdaşlarının həyata keçirdiyi araşdırmalar əsasında hazırlanıb və 5 bölümdən ibarətdir.



“Publik bilgilərə çatımın durumu” bölümünə görə, “İnformasiya əldə edilməsi haqqında” qanunun işləməsində problemlər artmaqdadır. İnformasiya sorğuların cavablandırılması getdikcə çətinləşir. 2013-cü ilin ilk yarısında 50 sorğunun icra durumu araşdırılıb. Həmin sorğuların 19-na cavab verilib. Cavabların 18-i qanunla müəyyən olunmuş 7 gün müddət keçdikdən sonra verilib. Cəmi 1 sorğuya cavab vaxtında verilib. Sorğulara verilmiş 19 cavabdan cəmi 1-nə qanunvericiliyin tələblərinə tam uyğun olaraq cavab verilib. Digfər cavablar natamam olub.



İnformasiya sahibi sayılan qurumların saytlarının şəffaflığı da ürəkaçan deyil. MHİ-nin yuxarı pillədə duran 67 dövlət qurumunun internet saytlarının son monitorinqinin nəticələri göstərir ki, saytların məzmunu ilə bağlı ciddi çatışmazlıqlar var. Müvafiq ictimai önəmli informasiyalar, açıq olduğu qanunla elan edilən bilgilər belə saytlara daxil edilmir. Monitorinqin nəticələrinə görə, dövlət qurumlarının onlayn şəffaflıq göstəricisi 25% təşkil edir. Aşağı pillədə duran qurumların informasiya şəffaflığı göstəricisi daha aşağıdır. Hesabatda Azərbaycan Mutimedia Mərkəzinin monitorinqinin nəticələrinə istinadən qeyd olunur ki, aşağı pillədə duran icra qurumlarının şəffaflıq göstəricisi 7% təşkil edir. 



Məhkəmələr informasiya əldə etmək hüququ pozulan jurnalistlərin şikayətlərini ədalətli araşdırmır. 2013-cü ilin birinci yarısında məhkəməyə 10-dan artıq iddia verilib. Ancaq məhkəmələr həmin iddiaların heç birini təmin etməyiblər. 



“Mediaya qarşı məhkəmə davaları” bölümünə görə, mediaya qarşı məhkəmə iddialarının sayında ciddi artım var. 2012-ci ilin müvafiq dövründə media 17 dəfə məhkəməyə çəkilib. Ötən yarımildə bu iddiaların sayı 36-ya yüksəlib. Həmin iddialarla mediadan 4,5 milyon manat cərimə tələb olunub. Məhkəməyə çəkilən qəzet və jurnalistlər hökuməti tənqid edənlərdir. “Azadlıq” və “Yeni Müsavat” qəzetləri 18 dəfə məhkəməyə çəkiliblər. İki qəzetin üzərinə 125 min AZN-dən artıq cərimə yükü qoyulub. Yarımildə 4 jurnalistin yazılarına görə həbs olunması tələb olunub, ancaq məhkəmələr həmin şikayətləri təmin etməyiblər.



2013-cü ilin ilk yarısında mediaya qarşı böhtana, təhqirə, şəxsi həyat məzmunlu informasiyaların yayılmasına görə 36 məhkəmə iddiası (şikayəti) qaldırılıb. İddiaların 32-si mülki qaydada olub. Həmin işlərdə iddiaçılar cavabdehlərdən cərimə, təkzib və üzr istənilməsini tələb ediblər. Yalnız bir işdə (Səbail rayon İcra Hakimiyyəti “Yeni Müsavat” qəzetinə qarşı) cavabdehdən təkzib verilməsi tələb olunub. İddiaçılar mediya, jurnalistlərdən mə¬nəvi zərər əvəzi olaraq 4 240 000 (dörd milyon qırx min) AZN-dən artıq təz¬minat istəyiblər. Bu iddialar üzrə medianın, jurnalistlərin üzərinə 125 min AZN-dən artıq təzminat yükü qoyulub. Ötən yarımildə ən ağır məhkəmə qərarı “Yeni Müsavat” qəzetinə qarşı çıxarılıb. Məhkəmə qəzetdən 1 milyon AZN tələb edən “Gilan” Qəbələ Konserv Zavodunun iddiasını qismən təmin edərək “Yeni Müsavat”ın üzərinə iddiaçıya 50 min AZN cərimə ödəmək vəzifəsi qoyub. 



2013-cü ilin ilk yarısında internet xəbər portallarına qarşı qaldırılan iddiaların sayında ciddi artım nəzərə çarpır. Yarım ildə internet xəbər resurslarına qarşı 10 iddia qaldırılıb. İnternet mediasından tələb olunan təzminatın məbləği 720 min AZN olub. Həmin iddialar üzrə məhkəmə prosesləri davam edir.



“Jurnalistlərin həbsi, digər cinayət cəzaları” bölümündə Azərbaycanda defamasiyaya (böhtan və təhqir) görə məsuliyyətin hələ də Cinayət Məcəlləsi ilə tənzimləndiyi vurğulanır. Ancaq gerçəkdə uzun müddətdir ki, jurnalistlərə defamasiyaya görə həbs cəzası tətbiq olunmur. 2011-ci ilin ikinci yarısında və 2012-ci ildə olduğu kimi son yarımildə də jurnalistlərin yazılarına görə həbs edilməsi halı qeydə alınmayıb. Hesabatda bunun çox yaxşı təcrübə olduğu, bununla belə həbsdə olan jurnalistlərin sayına ciddi təsir göstərmədiyi qeyd olunur. Dəyişən jurnalistlərə yönələn ittihamların məzmunudur. Əvvəllər jurnalistlər defamativ məzmunlu yazılarına görə həbs olunurdular, indi ittihamlar dəyişib. 2013-cü ilin ilk yarısının statistikasına görə, hökuməti, hökumətin ayrı-ayrı fiqurlarını, qərarlarını, yerli icra qurumlarını sərt tənqidləri ilə tanınan 7 jurnalist həbsdədir. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, müstəqil journalist Fərəməz Novruzoğlu, müstəqil jurnalist Fuad Hüseynov, www.xeber44.com saytının redaktoru Araz Quliyev, “Talışi Sədo” qəzetinin baş redaktoru – Hilal Məmmədov, www.azadxeber.org saytının baş redaktoru Nicat Əliyev, “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublu həbsdədirlər. Onlara qarşı şübhəli narkotik vasitələrin saxlanması, xuliqanlıq, dini, irqi ayrıseçkilik salma, ictimai qaydanın pozulması, hakimiyyət nümayəndəsinə müqavimət ittihamları irəli sürülüb. Hesabatda “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin, Qubadakı regional “Xəyal” televiziyasının əməkdaşları Vüqar Qonaqov və Zaur Quliyevə şərti azzadlıqdan məhrumetmə cəzalarının veridliyi vurğulanır. Sənəddə sosial şəbəkələrdə ifadə azadlığından geniş yararlanan bloqçuların həbs olunması tendensiyasının narahatlıq doğurduğu bildirilir. 



“Mediaya qarşı fiziki və psixoloji basqılar” bölümünə görə, 2013-cü ilin ilk yarısında jurnalistlər ən azı 47 dəfə basqıya məruz qalıblar. Jurnalistlər peşə fəaliyyətlərinə görə döyülmə, qanunsuz saxlama, peşə alətlərinin (diktofon, video-foto kamera) əllərindən alınması, lentə alınan materialların məhv edilməsi, telefonla ölümlə hədələnmə, şəxsi həyata müdaxilə məzmunlu uydurma bilgiləri yayma qanunsuz müdaxilələrlə üzləşiblər. Basqılara məruz qalan jurnalistlərin böyük hissəsi tənqidçi xəbər mediasının nümayəndələri olublar. Həmin jurnalistlər Azadlıq Radiosunun, “Gənclərin Səsi” internet radiosunun, “Yeni Müsavat”, “Azadlıq” qəzetlərinin, www.musavat.com, www.salamnews.org, www.azadxeber.org, www.moderator.az,www.aznews.az xəbər portallarının, İnteraz TV-nin, Obyektiv TV-nin, “Bizim Yol”, “Hürriyət”, “Unikal”, “Zerkalo”, “Gündəlik Bakı”, “Həftə içi” qəzetlərinin, “Turan” İnformasiya Agentliyinin, ANS televiziyasının, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşlarıdır. Jurnalistlərə basqı edənlər məmurlar – polis əməkdaşları, icra hakimiyyəti rəsmiləri, mühafizə xidmətləri təmsilçiləri, habelə məhkəmə nəzarətçiləri, adi şəxslər, kimliyi bəlli olmayan şəxslər olublar. Kütləvi aksiyalardan, ictimai önəm daşıyan toplantılardan, olay yerlərindən reportaj hazırlayarkən “Bizim Yol” qəzetinin əməkdaşı İdrak Abbasov, Cavid Qurbanov, “Yeni Müsavat” qəzetinin əməkdaşları Elxan Balaxanılı, Fərahim İlqaroğlu, www.elitar.az xəbər saytının əməkdaşı Elmin Bədəlov, www.musavat.com xəbər saytının telereporyoru Araz Bayramov, “Azadlıq” radiosunun İmişli rayonu üzrə bölgə müxbiri Azər Əli, həmin radionun İsmayıllı müxbiri Elçin İsmayıl, “Azadlıq” qəzetinin əməkdaşları Xalid Qarayev, Seymur Həzi, Natiq Adilov, “Zerkalo” qəzetinin əməkdaşı Rəşad Rüstəmov, “Hüriyyət” qəzetinin əməkdaşı Azər Sadıxov, Obyektiv TV-nin əməkdaşları Rasim Əliyev, Fəridə Alıyeva, Əbülfət Namazov, Fərqanə Novruzova, Rəşad Əliyev, Cavid Qurbanov, “Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı, ANS telekanalının əməkdaşları Elnarə Məmmədova, Firuz Ağayev, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutundan Emin Hüseynli, Yurd TV-nin əməkdaşı Emin Şahverdizadə, 1news.az saytından Zaur Rəsulzadə, bloqçu Fuad Hacıyev, www.salamnews.org saytının və İnteraz TV-nin əməkdaşları Rauf Əhmədov, Baba Xələfov basqıya məruz qalıblar. “Yeni Müsavat” qəzetinin əməkdaşları Fərahim İlqaroğlu, Elşən Balaxanılı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun, Obyektiv TV-nin və Turan İnformasiya Agentliyinin əməkdaşları Fəridə Alıyeva, Fərqanə Novruzova, Etimad Budaqov məhkəmə proseslərindən reportaj hazırlayarkən qaba rəftarla üzləşiblər. “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyevin qəzetdə yayılan bilgilərə görə Baş Prokurorluğa çağırılaraq sorğu sual edilib. ”Yeni Müsavat” qəzetinin redaktoru Azər Aycan qəzetdəki tənqidi yazılardan dolayı ölümlə hədələnib. “Azadlıq” radiosunun müxbiri Yafəz Əkrəmoğlu bir neçə aydır ki, şantaj, hədə, təhdidlərlə üz-üzədir. “Azadlıq” Radiosunun hökumətdəki korrupsiya faktlarının araşdırılması ilə tanınan əməkdaşı Xədicə İsmayılova ötən yarımildə də çirkin hücumların hədəfinə çevrilib.



Hesabatda jurnalistlərə qarşı basqıların araşdırılmadığı, yarım ildə basqı edənlərin məhkəmə qarşısına çıxarılması halının qeydə alınmadığı bildirilir. Yalnız bir halda ölçü götürülüb - jurnalist Etimad Budaqovu döyən polis əməkdaşı işdən çıxarılıb. 



“Yayım mediası: nəticə, tövsiyyələr” bölümündə teleradioların hökumətin kontrolunda qalmaqda davam etdiyi vurğulanır. Sənədə görə, teleradio sahəsində tənzimləyici qurum olan Milli Televiziya və Radio Şurası da hökumətin təsiri altındadır. Teleradio yayımının azadlığı, prinsipləri ilə bağlı ciddi problemlər mövcuddur. Yayımçılar yaradıcılıq, redaksiya azadlığına malik olsalar da düzənləyici qurum bu azadlığa müdaxilələrdən çəkinmir, yayımçılara senzura tətbiq edir. Yayımçılar obyektiv olmalı, olaylara qərəzsiz, tərəfsiz yanaşmalı, plüralizmi təmin etməlidir. İctimai önəmli olaylarla bağlı müzakirələrə münasibətdə bunu müşahidə etmək çətindir. Yayımçılar belə olaylara münasibətdə əksər hallarda hökumətin istədiyi məzmunda təşviqat aparır. 2013-cü ilin əvvəlində yazıçı Əkrəm Əylisli belə basqıya məruz qalmışdı. “Daş yuxular” adlı əsəri böyük müzakirələr doğuran yazıçıya qarşı bütün telekanallarda hökumət səviyyəsində rəsmi təzyiq, etik ölçülərə sığmayan qaralama kampaniyası təşkil olundu. Yazıçının, onun dəstəkçilərinin rəylərinin yayımlanması təmin olunmadı. 



Hökumətin təsiri altında olan yayımçıların əksəriyyəti şəxsi həyat bilgilərinə müdaxilələrdən, müxtəlif ictimai fiqurları, xüsusən tənqidçi jurnalistləri aşağılamaqdan çəkinmirlər. Tanınmış jurnalist, “Azadlıq” Radiosunun əməkdaşı Xədicə İsmayıla aid gizli çəkilmiş görüntülər dəfələrlə hökumətə bağlı özəl“Lider” telekanalında yayımlanıb. Həmin kanalda Azadlıq Radiosunun digər əməkdaşı Yafəz Əkrəmoğluna qarşı ittihamedici sujetlər yayılıb. Əvvəllər Azadlıq qəzetinin redaktoru Qənimət Zahid, həmin qəzetin direktoru Azər Əhmədov, əməkdaşları Natiq Adilov, Tural Əliyev belə müdaxilələrə məruz qalmışdı. 2013-cü ilin martında dövlət büdcəsindən maliyyələşən AzTV şübhəli ittihamlarla saxlanılan Nida Vətəndaş Hərəkatının 3 üzvünün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında istintaqa verdikləri ifadələri efirində yayıb. Saxlanılan gəncləri narkotik istifadəçisi kimi təqdim edən, onların təqsirsizlik prezumpsiyasına müdaxilə məzmunlu süjetləri sonradan özəl yayımçılar da yayıblar. Düzənləyici qurum bu pozuntulara da səssiz qalıb. 



Hesabatda 2013-cü ilin aprel ayında İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor postuna keçirilən seçkilərin, eləcə də İTV Yayım Şurasına yeni üzvlərin təyinatının pozuntularla müşayət olunduğu vurğulanıb.


Teqlər:
Bu xəbər cəmi 2235 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR