Bütün bunlar isə R.Quliyevi qəzəbləndirib. Modern.az-ın məlumatına görə, esk-spiker ona qarşı qara piar aparan həmin insanlara sərt şəkildə cavab verib. “Nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu dinləmələrə heç kimin çağırılmadığını qeyd edəndən bir həftə sonra Azərbaycandan kimlərəsə dəvət gəlib, sadəcə olaraq bunu başa düşmək və hədyan danışmaq lazım deyil. İkincisi, bu dəvətlər həm höküməti təmsil edənlərə, həm də müxalifətə gəlib. Niyə belə bir dəvətnamələr ortaya çıxıb? Çünki dinləmənin formatı dəyişib. Dinləməni komissiyanın konqresmen sədrlərindən heç biri yox, komissiyada işləyən məmur aparıb. Hərçənd hədyan yazılar yazanlar formatın dəyişməsinin nə demək olduğunu çətin ki, anlayalar. Başa düşməyənlər üçün çox ehtimal ki, bu dinləmələr qətnamə şəkilində formalaşmayacaq.
İndi həmin o hədyan yazanlar üçün anlatmağa cəhd edirəm: bu günkü vəzifə ondan ibarətdir ki, həmin komissiyadan qətnamə alınmasına cəhd edilsin. Azərbaycanda kimsə, həmçinin o hədyan yazanlar belə bir işi görə bilərsə, qolunu çırmasın və fəaliyyətə başlasın, bacarmırsa ağzını yumub otursun yerində. Mənim verdiyim açıqlamada heç vaxt yalan ola bilməz, yalan danışmaq üçün gərək cavanlıqdan xəmirinin mayası yalanla yoğrula”-deyə R.Quliyev hiddətini ifadə edib.