Bunu jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
TQDK rəsmisi göstəriciləri aşağıdakı kimi açıqlayıb:
- 7831 abituriyent (28,18 faiz) 0-100 bal
- 6986 abituriyent (25,13 faiz) 100-200 bal
- 4684 abituriyent (16,85 faiz) 200-300 bal
- 6246 abituriyent (22,47 faiz) 300-500 bal
- 1505 abituriyent (5,41 faiz) 500-600 bal
- 542 abituriyent isə (1,96 faiz) 600-700 bal.
E.Nağızadə bu ilin göstəricilərinin keçən ilin göstəricilərindən bir qədər yaxşı olduğunu deyib.
Məlumat üçün bildirək ki, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 28 944 abituriyent sənəd verib.