Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Füzulidə rekord həcmdə taxıl istehsal olunub

Füzulidə rekord həcmdə taxıl istehsal olunub
Füzuli rayonu son illər kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalında ciddi uğurlar əldə olunur.


Rayon İH-dən daxil olan xəbərdə deyilir ki, Füzuli kənd təsərrüfatı rayonudur. Rayonun iqtisadiyyatının əsasını taxılçılıq və heyvandarlıq təşkil edir.  Həyata keçirilən aqrar islahat nəticəsində rayonun işğaldan azad olunmuş kəndlərində ədalətli bölgü prinsipi əsasında hər bir ailə pay torpaqları ilə təmin olunub. Torpaq islahatı insanların torpağa bağlılığını daha da artıb, onların öz torpaqlarından daha səmərəli istifadə etmələrinə stimul yaradıb. Bütün bunlar rayon sakinlərinin ilk növbədə maddi rifahlarını xeyli yaxşılaşdırıb. 



Böyük taxılçılıq ənənələri olan rayonda məhsul istehsalı ilbəil artırılır, məhsuldarlıq yüksəldilir: “Taxılçılıqdakı  uğurlarımız  bu ildə ürəkaçandır.  Rayonda  mühüm  ərzaq  məhsulu  olan  taxılçılığın  inkişafı xüsusilə son illər  diqqət  mərkəzindədir.  Rayonda  taxıl  biçini  ilə  əlaqədar  fəaliyyət  göstərən  qərargahın  sədr  müavini,  rayon  İcra  Hakimiyyəti  başçısının  Aqrar  məsələr  üzrə  üzrə  müavini  Hüseyn  Abbasov  deyir ki, bu  ilki  nəticələrimiz  də  sevindiricidir:  “39,7  min  hektar  sahədən məhsul  nəzərdə  tutulmuş  müddətdə  biçilmişdir, 111 min  ton  taxıl  əldə  edilmişdir ki bu da rayonun  tarixində  rekord  göstəricilərdən sayılır. Rayonun  tarixində ilk dəfə olaraq keçən il 101 min ton, bu il isə 111 min ton taxıl istehsal olunmuşdur. Hər hektarın məhsuldarlığı 28 sentnerə yaxın olmuşdur. Rayonda gələn  il üçün məhsul istehsalının qayğısına  indidən  qalınır. Prezident cənab İlham Əliyevin taxılçılığın inkişaf etdirilməsinə dair göstərişindən sonra rayonda 300 hektar sahədə  məhsuldar toxumluq təsərrüfatı yaradılmış və bu il həmin sahələrdən 53-55 sentner taxıl götürülmüşdür. Yaxın gələcəkdə taxılçılıq rayonda yetişdirilən elit növ toxum hesabına inkişaf etdiriləcəkdir.” Həmişə  olduğu  kimi  füzulilərin  çörəklə  bağlı  problemləri  olmayacaq”.


Teqlər:
Bu xəbər cəmi 1550 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR