Uşaq evləri və internat məktəblərinin şagirdləri üçün keçiriləcək tədbirdə uşaq özfəaliyyət kollektivləri və peşəkar aktyorlar, klounlar çıxış edəcək, balaca kinosevərlərə son illərdə Azərbaycanda çəkilmiş "Səmada şəkil", "Siçan və pişik", "İt sərgisi" "Balaca ev" və başqa yeni cizgi filmləri nümayiş etdiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, cizgi filmləri bayramı fevralın 15-də baş tutacaq. Sözügedən bayram Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Bakı Şəhər Baş Təhsil İdarəsi və "Azanfilm" cizgi filmləri studiyasının təşkilatçılığı ilə ərsəyə gələcək.