“Media forum” saytının istinadən, “məlumatına görə, müraciətdə deyilir ki, Əvəz Zeynallı dövlətçi, milliyyətçi və vətənpərvər jurnalist olaraq tənqidi və araşdırma yazılarında müstəqil mövqe nümayiş etdirib, dövlətçiliyin daha da möhkəmlənməsi naminə əlindən gələni əsirgəməyib: “Əvəz Zeynallı Azərbaycanın milli maraqlarını hər zaman şəxsi maraqlardan üstün tutub. Əminik ki, azadlığa buraxıldığı təqdirdə ölkəmiz üçün daha faydalı işlər görməkdə davam edəcək. Azərbaycan Jurnalistikası Günündə sizdən bu böyük addımı atmağı və Əvəz Zeynallının cəzasının qalan hissəsindən azad olunmasını xahiş edirik”.
Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də tutulan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmad