“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında Bakıda, yaşadığı binanın blokunda qətlə yetirilib.
Cinayətin sifarişçiləri və icraçıları indiyədək tapılmayıb.
Xatırladaq ki, Elmar Hüseynov 1967-ci il iyul ayının 17-də Bakıda anadan olub. E.Hüseynov İnşaat Mühəndisləri Universitetini bitirib. Jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib. Jurnal əvvəl ayda bir dəfə, daha sonra həftədə bir dəfə nəşr olunub.