Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ölən əsgərin atası prezidentdən kömək istədi

Ölən əsgərin atası prezidentdən kömək istədi
“Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasam da, oğlumun şəkli ilə bağlı bir məlumat əldə edə bilmədim”


Altı hərbçinin ölümündə və iki zabitin yaralanmasında ittiham olunan mərhum əsgər Elxan Əzizovun atası Bəyalı Əzizov prezident İlham Əliyevə müraciət edib.



“Qafqazinfo” mərhum əsgərin atası Bəyalı Əzizovun müraciətini təqdim edir:



“Hörmətli prezident, cənab Ali Baş Komandan, nəzərinizə çatdırıram ki, mən 28 yanvar 2010-cu ildə Daşkəsəndə “N” saylı hərbi hissədə 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə baş verən hadisə zamanı naməlum şəraitdə öldürülən milli ordunun çavuşu Elxan Əzizovun atasıyam. Bəli, məhz naməlum şəraitdə öldürülən. Bu barədə mən bütün güc strukturlarına müraciət eləmişəm.Çox təəsüflər olsun ki, aradan 3 ildən də çox vaxt keçməsinə baxmayaraq indiyə kimi düz- əməlli cavab ala bilməmişəm.Hərbi Prokurorluq orqanlarının apardığı istintaqdan sonra işin ölümlə bağlı hissəsinə xitam verilib.Gözdən pərdə asmaq üçün guya bu işlə bağlı olaraq 5 zabiti təqsirləndirərək, işə isə məhkəmədə baxılacaq deyərək bizi də aldatdılar. Ağır cinayətlərə dair Hərbi Məhkəmədə keçirilən məhkəmə iclaslarında məhkəmənin sədri Hüseynov bizə bildirdiki, onlar ölüm işinə baxmır və onlarla ancaq puldan danışmalı olduğumuzu deyərək ölüm işi ilə bağlı bütün suallarınızı prokurorluq orqanlarına verməyimizi istədilər. Təbii ki, bundan sonra keçirilən apelyasiya məhkəməsində də, Ali Məhkəmədə də ilkin keçirilən məhkəmənin qərarını qüvvədə saxladılar, halbuki ölüm faktı ilə bağlı hallar məhkəmə qaydasında öz təsdiqini tapmayıb.



Cənab Ali Baş Komandan, mən belə başa düşürəm ki, bizim etdiyimiz müraciətlərimiz və yazdığımız məktublar sizə çatdırılmır. Ona görə də,haqq səsimizi sizə çatdırmaq üçün 12 yanvarda keçirilən “Əsgər ölümlərinə son” dinc aksiyaya mən də əlimdə öz oğlumun şəkli ilə qatılmışdım.Aksiyada axıra qədər qala bilmədim, vəziyyətim pisləşdiyi üçün Fəvvarələr bağındakı oturacaqların birində oturdum. Bir az sonra mənə polis işçisi yaxınlaşdı, hal-əhval tutdu və mənə kömək edərək keçmiş “Vətən” kinoteatrına qədər ötürdü.Əlimdə oğlumun şəkli ilə evə qayıdarkən Nizami küçəsində polis alayının yanında dayanan 4 nəfər mülki şəxs məni saxladı, şəkli məndən alıb ev və mobil telefonumun nömrəsini şəklin arxasına yazaraq sənə zəng edəcəklərini dedilər. Mən onlardan “kiminlə danışıram” deyə soruşsam da, onlar özlərini təqdim etmədən, “get sənə zəng edəcəklər” deyə yola saldılar. Mən bir neçə gün sonra Səbail və Nəsimi rayon polis idarəsi ilə, daha sonra isə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasam da, oğlumun şəkli ilə bağlı bir məlumat əldə edə bilmədim. Aradan bir aydan da artıq vaxt keçməsinə baxmayaraq hələ də bir məlumat yoxdur.



Cənab prezident, sizdən xahiş edirəm ki, bu şəkil ilə bağlı, həm də ən başlıcası Daşkəsəndə baş verən hadisədə dünyasını dəyişmiş oğlumun işi ilə bağlı məsələnin yenidən baxılması üçün müvafiq güc strukturlarına göstəriş verəsiniz. Biz Sizə inanırıq!”


Teqlər:
Bu xəbər cəmi 3495 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR