O bu haqda bu gün yerli televiziyada canlı gedən prezident sarayındakı qubernatorlarla müşavirədə deyib:
“Qanuna və konstitusiyaya uyğun olaraq biz Seliya ilə dünən öz münasibətlərimizi qanuniləşdirdik. Məncə, bu müdrik qərar idi, hərçənd ürəklərimiz birlikdə idi, amma bununla biz ailə zəncirlərinin bərkidilməsinin nümunəsini göstərməyə qərar verdik”.
Maduronun sözlərinə görə, toy yeni evlilərin en yaxinlarının, uşaqların və nəvələrin iştirakıyla ailə daxilində keçib.