Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, havanın temperaturu gecə 20-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 18-də hava şəraitinin yağmusuz olacağı, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40-42 dərəcəyədək, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.