Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rüstəm İbrahimbəyov ofisini Milli Şuraya verdi

Rüstəm İbrahimbəyov ofisini Milli Şuraya verdi
“Milli Şuranın seçki qərargahı müvəqqəti olaraq Rüstəm İbrahimbəyovun ofisində fəaliyyət göstərəcək”. Bunu Modern.az saytına açıqlamasında Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev bildirib. Onun sözlərinə görə, Eldar Namazovun Bakıda olmaması ilə əlaqədar seçki qərargahının yaradılması gələn həftəyə qalıb: “Milli Şuranın seçki qərargahının bazası kimi müvəqqəti olaraq Rüstəm İbrahimbəyovun ofisi nəzərdə tutulub. Orada bir-iki otaq məhz bu məqsədlə ayrılacaq. Orada həm mətbuat xidməti yerləşəcək, həm də vacib işlər görüləcək. Bu, müvəqqəti nəzərdə tutulub. Eldar Namazov Bakıya qayıdandan sonra başqa variantlar da var, onları müzakirə edəcəyik”. Z.Quliyev hesab edir ki, Rüstəm İbrahimbəyovun seçki qərargahı gələn həftə rəsmən elan olunacaq. “Bu məsələnin iyulun 16, 17-si üçün həll olunması nəzərdə tutulmuşdu. Eldar Namazovun Amerika səfərini nəzərə alaraq bir-iki gün bu işdə ləngimə oldu. Ayın 18-i Eldar müəllim Amerika səfərindən qayıdan kimi bu məsələlərlə məşğul olacaq. Güman edirəm ki, gələn həftənin əvvəli bu məsələ öz həllini tapacaq, mətbuata da məlumat veriləcək”-deyə Z.Quliyev bildirib.

Teqlər:
Bu xəbər cəmi 1575 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR