Prezident İlham Əliyevə seçicilərin 96 faizi səs verəcək
“Prezident seçkiləri ilə bağlı təşviqat-təbliğat kampaniyasına sentyabrın 18-20-dən başlanacaq”.
Bunu bu gün Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının qərargahında prezident seçkiləri dönəmində imza toplanılması ilə bağlı seminarda YAP icra katibinin müavini Mübariz Qurbanlı söyləyib.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda hər seçkidə seçici fəallığı yüksək olur. YAP icraçı katibinin müavini deyib ki, prezident İlham Əliyevə YAP üzvü olan 600 mindən çox şəxs, o cümlədən prezident İlham Əliyevin siyasətini dəstəkləyən milyonlarla bitərəf, digər partiya üzvləri və vətəndaşlar səs verəcəklər: “Aparılan hesablamalar zamanı məlum olub ki, istər radikal, istər konstruktiv müxalifət partiyalarının təmsilçiləri, yəni YAP namizədinə səs verməyəcək şəxslərin sayı ümumi səsvermə hüququ olan şəxslərin 4 faizini təşkil edir”.