İyulun15-də Yaponiya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcılar havaya qaldırılıb.
Buna səbəb Rusiya hərbi təyyarələrinin Yaponiyanın hava məkanı, habelə Kuril adalarının yaxınlığında uçuş həyata keçirməsi olub.
Kuril adalarından dördü Yaponiya ilə Rusiya arasında ərazi mübahisəsinin predmetidir.
Yaponiya Müdafiə Nazirliyinin nümayəndəsi bəyan edib ki, iki «Tu-95» təyyarəsi Koreya yarımadasından uçaraq, Yapon dənizi üzərindən keçib. Onlar Hokkaydo adası istiqamətində uçub. Rusiyaya məxsus başqa təyyarə - «İl-20» isə Kuril adaları üzərində uçuş edib.
Yaponiya Müdafiə Nazirliyinin rəsmiləri qeyd edib ki, Rusiya təyyarələri Yaponiyanın hava məkanını pozmayıb.
İyulun 13-də gecə saatlarında Rusiya Şərqi hərbi dairəsində hərbi təlimlər başlayıb. Manevrdə 160 mindən çox hərbçi, minə yaxın tank və zirehli maşın, 130 təyyarə və helikopter, habelə Hərbi-Dəniz Donanmasının 70-dək gəmisi iştirak edir.