Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Arayik Xankəndiyə qayıda bilmir – Laçın yolu bağlıdır

Arayik Xankəndiyə qayıda bilmir – Laçın yolu bağlıdır
Azərbaycanlı fəallar və ekologiya üzrə QHT nümayəndələrinin Laçın yolunun Şuşa ərazisindən keçən hissəsindəki etiraz aksiyasının fasiləsiz davam etməsi Xankəndidəki separatçıları ciddi narahat etməkdədir.
Modern.az xəbər verir ki, Ermənistanın bəzi KİV-lərinin yaydığı məlumata görə, guya, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan ötən gecə geniş işgüzar görüş keçirib.

İclasda Laçın yolunun azərbaycanlılar tərəfindən bağlanması, bunun nəticəsində Xankəndidə yaranmış vəziyyət, separatçıların atacaqları əks addımların müzakirə olunduğu bildirilir.

Qeyd olunur ki, Arayik Arutyunyan müqavimət göstərmək və Laçın yolunun açılmasına nail olmaq üçün bütün daxili və xarici imkanlardan istifadə etməyin zəruriliyini vurğulayıb.

“Hraparak” qəzeti isə Arayik Arutyunyanın iclas keçirməyinə şübhə ilə yanaşıb. Qəzet yazıb ki, Arayikin başçılıq etdiyi “nümayəndə heyəti” Fransada səfərdə idi və dünənə kimi onun Xankəndiyə qayıtması barədə məlumat olmayıb.

“Bizə məlumat verildi ki, nümayəndə heyəti dekabrın 11-də Ermənistana qayıdıb, lakin Arayik Arutyunyan hələ də “Artsax”a getməyib. Bəlkə səbəb yoldur, bəlkə də “Artsax”ın problemlərinin həllinin açarı İrəvandadır və o, Paşinyanla görüşə qalıb”, – “Hraparak” yazıb.

Adı çəkilən nəşr dünən, axşama yaxın Qarabağdakı mənbələribdən belə bir məlumat alıb ki, Arayik Arutyunyan Xankəndidə deyil. Belə olan halda Arayik Arutyunyan Xankəndi separatçılarının rəhbərləri ilə gecə yarısı geniş işgüzar görüşü necə keçirib?

“Yəqin ki, o, “Artsax”a gec girə bilib”, – deyə “Hraparak” yazıb.
Teqlər:
Bu xəbər cəmi 530 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR