Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İranın vitse-spikerindən Azərbaycana təhdid: “Cavabımız sarsıdıcı olacaq”

İranın vitse-spikerindən Azərbaycana təhdid: “Cavabımız sarsıdıcı olacaq”
İran parlamentinin vitse-spikeri yenidən “qonşu dövlət” adı ilə Azərbaycanı təhdid edib. JAMAZ.İNFO Mehr agentliyinə istinadən xəbər verir ki, Əli Nikzad bildirib ki, İranın bəzi qonşuların ambisiyalarına cavabı güclü, sarsıdıcı və ağrılı olacaq .

Nikzad iddia edib ki, İranın məqsədi qonşu ölkələrlə normal münasibət qurmaqdır. “İranın siyasəti hökmdar və ya tabe statusunda olmaq deyil. Qonşularla qonşuluq siyasəti də İranın xarici siyasətində sabit prinsipdir. İran qonşularının böyük dostu və dəstəkçisi olduğunu sübut edib”.

Vitse-spikerin sözlərinə görə, İran qonşularına qarşı mərhəmətli olsa da, eyni zamanda istənilən fitnəsinə qarşı sərt, qəti və sarsıdıcı siyasət yürüdür. “Təhlükəsiz və iqtisadi cəhətdən firavan qonşular İran üçün vacibdir. Qonşuları tərəfindən suverenliyinə qarşı həddindən artıq iddialar irəli sürüləcəyi təqdirdə İranın cavabının güclü, güclü və peşman olacaqlar”.

Nikzad sonda onu da deyib ki, İran qonşu ölkələrlə iqtisadi mübadilənin artmasını alqışlayır və onların daxili işlərinə qarışmır. “İran öz milli bütövlüyü ilə bağlı heç bir ölkə ilə heç vaxt güzəştə getməyəcək”.

Qeyd edək ki, bu cür bəyanatlar son zamanlar İran rəsmiləri tərəfindən tez-tez səsləndirilir. Lakin verdikləri bəyanatla əməlləri arasında ciddi ziddiyyət var. İran qonşularla yaxşı münasibət qurmaq istədiyini dediyi halda, Azərbaycana dindar adıyla agent şəbəkəsi yerləşdirir. “Dostluq” adı ilə separatizmi, terrorçuluğu maliyyələşdirir, gücləndirir və dəstək verir. “İqtisadi mübadilə”dən dəm vurduğu halda, nə hikmətdirsə, Ermənistana və Qarabağdakı erməni separatçılara ərzaqdan tutmuş, neftə qədər, bitiumdan başlamış silaha qədər hər şey verir.

Bir də ki, İran Azərbaycanı “sarsıdıcı zərbə” ilə qorxuzmasın. Gələcəkləri varsa, görəcəkləri də olacaq.
Teqlər:
Bu xəbər cəmi 480 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR