Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Çaylarda ölçmə işləri iyulun 19-da başa çatacaq

Çaylarda ölçmə işləri iyulun 19-da başa çatacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprel, may və iyun aylarında çaylardan keçən daşqın və sellərin izlərinə görə makisimal su sərfini təyin etmək üçün iki ekspedisiya qrupu yaradıb.



 Bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev söyləyib.



Hazırda ekspedisiya qruplarından biri Böyük Qafqazın Balakən-Şəki bölgəsindəki çaylarda (Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və Şinçay) ölçmə işləri aparır. Digər qrup isə Kiçik Qafqazda Goranboy, Daşkəsən, Gədəbəy, Şəmkir rayonlarındakı çaylarda (Gorançay, Kürəkçay, Gəncəçay, Şəmkirçay və Qoşqarçay) ölçmə işləri aparılması üçün bu ərazilərə göndərilib. Asif Verdiyev bildirib ki, bu çaylarda ölçü işləri iyulun 19-da başa çatdırılacaq, sonra isə hesablama aparılacaq və hesabat hazırlanacaq. Başqa sözlə, çayların hər ay üçün profili çıxarılacaq, dərinliyi, eni və sürəti təyin olunacaq.



Asif Verdiyev bildirib ki, növbəti mərhələdə Böyük Qafqazda Qəbələ-İsmayıllı, Quba-Qusar, daha sonra Lənkəran-Astara bölgəsindəki çaylarda bu ölçmə işləri aparılacaq. Ümumiyyətlə, ölçmə işləri hər il daşqın baş verən çaylarda aparılır. Çaylarda daşqın və sellər zamanı ölçmə işləri aparmaq mümkün olmadığı üçün məhz indi daşqın və sellərin izlərinə görə bu işlər aparılır. Məqsəd isə çaylarla bağlı statistik, tarixi məlumatlar toplamaqdır. Asif Verdiyev qeyd edib ki, bu məlumatlar həmin dağ çaylarında hidrotexniki qurğular, su anbarlarının tikintisi və digər işlər aparılarkən çox vacibdir: “Bu işlər aparılarkən çaylarda maksimal su sərfinin nə qədər olduğunu bilmək çox zəruridir”.



Asif Verdiyev onu da deyib ki, yay aylarında çaylarımızda daşqın və sel ehtimalı azdır, çünki çaylarda daşqın və sel leysan yağışlar nəticəsində yaşanır: “İndi də yağıntı yoxdur, sadəcə, buzlaqlarda ərimə gedir. Məsələn, bu səbəbdən Qusaray və Qudyalçayda artım müşahidə olunur. Ancaq bu çaylarda da daşqın gözlənilmir. Dağ çaylarımızda daşqın və sel adətən yaz və payız aylarında müşahidə olunur”.


Teqlər:
Bu xəbər cəmi 1380 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR