İftar vaxtı suya yüklənib, çox su içmək növbəti gün səhhətinizdə özünü mənfi biruzə verə bilər. Ən yaxşısı itardan sonra imsaqa qədər yavaş-yavaş çox su içməyə çalışın. Bununla da orqanizmimiz ehtiyacı olan suyu bədənə düzgün paylaşdıra biləcək.
Bir anda içilən çox su ani olaraq yeməyə yüklənməyə bənzəyir. Bu həzmlə də bağlı ciddi problemlərə yol aça bilər.
İmsaqda nə qədər çox yesəniz su ehtiyacınız bir o qədər çox olacaq. Buna görə də səhər yüngül yemək yeməyə,qızartma, duzlu yeməkdən uzaq durmağa çalışın.
Milli.Az İslam.az-a istinadən bildirir ki, qəhvə,çaydan istifadənində çox olması su ehtiyacının artmasına səbəb ola bilər. Çay və qəhvə sevənlər bu içkilərdən sonra müvəqqəti olaraq susuzluqlarının yatdığını düşünsələr də, bu əslində belə deyil.
Bədən maye olan ehtiyacını ancaq su ilə ödəyə bilir. Meyvə və tərəvəzdən də müəyyən miqdarda maye almaq olar. Bunun üçündə imsaq və iftarda su ehtiyacını qarşılacaq meyvə və tərəvəzin olmasına diqqət edin.
Oruclu olduğunuz müddətdə bədənin su itirməsinə səbəb ola biləcək fiziki hərəkətlərdən uzaq durun. Yüngül geyinib, sərin məkanlarda olmağa çalışın.