Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Kəlbəcər rayonu yenidən hasilat və turizm sənayesi mərkəzi olacaq

Kəlbəcər rayonu yenidən hasilat və turizm sənayesi mərkəzi olacaq
Ermənistan üzərində tarixi Qələbənin təqvimində Kəlbəcərin işğaldan azad olunması mühüm əhəmiyyət kəsb edir
Azərbaycan torpaqlarının işğaldan azad olunması Prezident İlham Əliyev üçün hər zaman prioritet olub. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan olduğunu bir daha sübut etdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu erməni işğalına son verdi. 44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini də gördü. Həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunacaq.

Ermənistan üzərində tarixi Qələbənin təqvimində Kəlbəcərin işğaldan azad olunması mühüm əhəmiyyət kəsb edir. Bu haqda Prezident İlham Əliyev deyib ki, İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir: “Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər.

Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. Beləliklə, 1993-cü ilin 2 aprel tarixində Kəlbəcəri işğal edən Ermənistan ordusu 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən noyabrın 25-də bu rayondan çıxıb. Lakin erməni yenə də erməniliyini göstərib. Kəlbəcəri tərk edən ermənilər bu rayonda böyük yanğınlar törədiblər, meşələrə od vurublar, evləri dağıdıblar. Ermənilərin bu əməli bütün dünyanın diqqətini çəkmişdir. Prezident İlham Əliyevin dediyi kimi, ermənilərin bunu etməsi üçün heç bir səbəb yox idi: “Biz onlara qarşı heç bir pis iş görməmişik. Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar bizim torpağımıza gəldilər, hər şeyi dağıtdılar və getmədilər. Kəlbəcəri tərk etmək üçün onlara vaxt verəndə nə etdilər? Evləri yandırmağa, ağacları kəsməyə başladılar və 32 su elektrik stansiyasını dağıtdılar”.

Ermənilərin Kəlbəcərdə dağıtdıqlarını bu gün Azərbaycan dövləti öz gücünə bərpa edir. Hazırda Kəlbəcər rayonu da yeni inkişaf dövrünü yaşayır. Rayonda infrastruktur layihələri icra olunur. Belə ki, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. Bütün bunların təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak edib.

İşğaldan azad edilmiş ərazilərin Baş planlarında hər bir rayonun potensialı və coğrafi şəraiti nəzərə alınır. Bu baxımdan Kəlbəcər rayonu hasilat və turizm sənayesi mərkəzi kimi qiymətləndirilə bilər. Artıq Kəlbəcər rayonunun Baş planı hazırlanıb. 2022-ci ilin 26 iyununda Kəlbəcərin Baş planı Prezident İlham Əliyevə təqdim edilib. Kəlbəcər şəhərinin Baş planının əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır. Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarından sonra Kəlbəcər rayonunda da Zəfər və İşğal muzeyləri yaradılacaq. Turizm potensialından yararlanmaqla Kəlbəcərin rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün bölgədə bu sənayenin inkişafı istiqamətində tədbirlər həyata keçiriləcək. Bütün bunlar bir daha göstərir ki, Kəlbəcərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli, əhatəli infrastruktur qurulur.

Gülzar İbrahimova, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

pia.az
Teqlər:
Bu xəbər cəmi 545 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR