Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“AZƏRLOTEREYA”NIN QUMARINI BOYKOT KAMPANİYASI BAŞLADI-FOTOLAR

“AZƏRLOTEREYA”NIN QUMARINI BOYKOT KAMPANİYASI BAŞLADI-FOTOLAR
Mərc oyunlarına artmaqda olan marağı “Misli”, “Topaz” daha da şiddətləndirib. Futbol üzrə dünya çempionatının başlaması ilə indi belə lotereya məntəqələrində sıxlıq müşahidə edilir. Vətəndaşın cibindəki son qəpiyi də ora yatırması üçün şirnikləndirici təkliflərlə hər gün reklam edilən bu mərc oyunlarının uduzanı milyonlarladır. Qazanan isə “Misli”dir, “Topaz”dır, “Poz, qazan”dır…
Tribunainfo.az xəbər verir ki, küçələr qumar meydanını xatırladır. Bu hala narahat olan vətəndaş Sumqayıt şəhərində kiçik monitorinq aparıb . O bildirir ki, Sumqayıtda insanların ən çıx toplaşdığı yerlərdə, parklarda, ticarət obyektlərinin yaxınlığında 37 ədəd “Poz,qazan” ani loteriyasının pərakəndə satış məntəqəsi var. Hər birinin də ətrafında 60-80 nəfər toplaşaraq həyatlarını dəyişəcəyinə, bir günün içində ev, maşın, pul sahibi olacağına ümid edənlərdir.
İnsanı dəhşətə gətirən isə toplaşan insanlar arasında yeniyetmələrin və uşaqlarında çoxluq təşkil etməsidir. Bu cür lotoreya satışını həyata keçirənlər üçünsə onu kimin alması önəmli deyil, önəmli olan lotereyaların satılmasıdır.

Bu kimi hallardan narahat olan vətəndaş bildirib ki, bu cür küçə ticarətinə niyə göz yumulur? Metro çıxışlarında meyvə, göyərti, xırdavat satanlara qadağa qoyulduğu halda, küçə ticarətinə imkan verilmədiyi təqdirdə, niyə belə mərc oyunları satanlar cərimə olunmur, onlara “gözün üstə qaçın var” deyən yoxdur.

“Azərlotereya”nın fəaliyyəti leqaldırsa, istənilən şəxs istədiyi yerə piştaxta qoyara satış edə bilərmi? Olmazmı ki, bu lotereyalar da köşklərdə satılsın.

Küçələrə, televiziyalara ayaq açan bu mərc oyunları ilə əlaqədar, nə qədər ki, gec deyil, bir tədbir görülməlidir, bu biabırçılığın qarşısı alınmalıdır.



İctimai fəal Bəxtiyar Hacıyev də hesab edir ki, belə oyunların qazananı oyunları təşkil və reklam edənlərdir:

“Dostlarınıza, yaxınlarınıza, tanışlarınıza izah edin ki, “Topaz” və “Misli” başda olmaqla mərc oyunlarından uzaq dursunlar. Xüsusilə də Argentinanın Səudiyyəyə, Almaniyanın Yaponiyaya uduzduğu bu dünya çempionatı başlayandan külli miqdarda pul uduzan adamlar barədə çox acı xəbərlər gəlir. Asan pul qazanmaq istəyi axırda faciə ilə nəticələnir, mərc oyunları oynadanlar, reklam edənlər isə qazanırlar”.

Nigar

Tribunainfo.az
Teqlər:
Bu xəbər cəmi 600 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR