Həmyerlimizə 20 bıçaq zərbəsi vurublar
Moskvada restoranlardan birində aşbaz işləyən azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 1988-ci il təvəllülü həmyerlimizə 20 bıçaq zərbəsi vurulub.
Aşbazın meyidi Marşal Zaxarov ünvanında aşkar edilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmyerlimizi 3 nəfər Şimali Qafqazdan olan şəxslər bıçaqlayıblar.
Faktla bağlı "qəsdən adam öldürmə" maddəsilə cinayət işi açılıb. Günahkarlar 15 il azadlıqdan məhrum ediləcəklər.