Misirdə ordunun dəstəklədiyi müvəqqəti liderlərin andiçmə mərasimi keçirilib. Tanınmış liberal Məhəmməd Əl-Baradeyi müvəqqəti prezident Ədli Mənsur qarşısında Misirin yeni vitse-prezidenti kimi and içib. BMT Nüvə Agentliyinin sabiq rəhbəri və Nobel Sülh Mükafatı iki həftə əvvəl İslamçı prezident Məhəmməd Mursinin istefasını tələb edən kütləvi etiraz aksiyalarına rəhbərlik edən libereal müxalifət koalisiyanın lideri olub.
Misir ordusu iyulun 3-də milyonlarla misirlinin etirazlarına cavab olaraq cənab Mursini hakimiyyətdən devirib. Ordu liderləri dərhal Ali Məhkəmənin baş hakimi Mənsuru Mursinin yerinə gətirib. Mənsur yeni seçkilərədək Misiri idarə edəcək müvəqqəti hökuməti qurmaq və ona rəhbərlik etmək məqsədilə hakimiyyətə gətirilib.
Ədli Mənsur özünün təyin etdiyi baş nazir Hazim Əl-Bəblavi ilə yeni Kabinetin formalaşdırılmasına dair müzakirələrini davam etdirib. Misirin Vaşinqtondakı keçmiş səfiri Nabil Fəhmi deyib ki, o, cənab Bəblavinin müvəqqəti xarici işlər naziri vəzifəsi təklifini qəbul edib. Qarşıdakı günlərdə digər vəzifələrin də doldurulacağı gözlənilir.