Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qocalar Evi təmir olunur

Qocalar Evi təmir olunur
“Prezident İlham Əliyevin ölkədə sosial təminat sisteminin təkmilləşdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğıya uyğun olaraq, sosial xidmət müəssisələrində müasir tələblərə cavab verən şəraitin yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin əsas prioritetlərindən birinə çevrilib”.


Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda deyilir ki, bu istiqamətdə görülən işlərin davamı kimi, nazirliyin Bilgəh Müharibə və əmək əlilləri pansionatında (Qocalar evi) əsaslı təmir işləri yerinə yetirilməklə, pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunur və binanın tikintisi cari ildə başa çatdırılacaq.



Yeni korpusda qabaqcıl beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin daha keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, asudə vaxtlarının mənalı təşkili üçün müvafiq şərait, kitabxana və idman zalları, onların özünüməşğulluğu üçün emalatxanalar yaradılacaq. Binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq.



Qeyd edək ki, son illərdə Şaqan 3 saylı, Saray 7 saylı, Buzovna 9 saylı internat evlərində nümunəvi yaşayış şəraiti yaradılmışdır. Digər sosial xidmət müəssisələrində də müasir tələblərə uyğun şəraitin yaradılması nəzərdə tutulur. Belə ki, nazirliyin 1№-li Şamaxı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmiri və yeni korpusunun tikintisi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin, 8 №-li Göygöl İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmir və yenidən qurulması işləri aparılacaq.



Müasir dövlət quruculuğunun geniş vüsət aldığı ölkəmizdə sosial müdafiə əhəmiyyətli yeni obyektlərin yaradılmasına da başlanılıb. Bununla bağlı olaraq, hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir. 2013-cü ildə həmin obyektlərin istifadəyə verilməsi planlaşdırılır.


Teqlər:
Bu xəbər cəmi 2060 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR