Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı Oksford Məktəbinin üzərinə həbs qoyulub

Bakı Oksford Məktəbinin üzərinə həbs qoyulub
“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun məhkəməsi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda sənədlər tədqiq olunub. İş adamının vəkili Zibeydə Sadıqova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu günki prosesdə hakim R.Məmmədov və yaxınlarına məxsus üzərinə həbs qoyulmuş əmlakların siyahısını açıqlayıb.

Həmin əmlakların bir hissəsi bunlar olub:

– Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsus Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi (24 milyon manat)
– Sumqayıt şəhəri, “Kimyaçılar” qəsəbəsində yerləşən “No FE ROS” şirkəti və torpaq sahəsi (36 milyon manata yaxın)
– Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi (2 milyon manat)
– Mərdəkan qəsəbəsində yerləşən bağ evləri (554 min manat)

R.Məmmədov üzərinə həbs qoyulmuş evlərdən birini (Nəsimi rayonunda, “Təzə bazar”ın yaxınlığında yerləşən) Xalq artisti Aygün Kazımovadan aldığını deyib. Prosesdə qeyd olunub ki, təqsirləndirilən şəxsin yaxınlarına daha bir neçə əmlakın üzərinə də həbs qoyulub. Əmlakların ümumi dəyəri 70 milyon manata yaxın qiymətləndirilib.

Vəkil Z.Sadıqova qeyd edib ki, proses zamanı əmlakların üzərinə həbs qoyulması əsassızdır: “Həmin əmlakların cinayət yolu ilə əldə olunmasına dair heç bir sübut olmayıb. Üstəlik R.Məmmədovla yanaşı, bir sıra başqa şəxslərin adlarına olan əmlakların da üzərinə həbs qoyulub. Əmlakların əldə olunması iş materiallarında sonradan rəsmiləşdirilib. Bununla bağlı şikayət versək də, təəssüf ki, təmin olunmayıb”.

Qeyd edək ki, Bakı Oksford Məktəbi Bakıda ən bahalı özəl məktəblərdən sayılır. Burada təhsil ingilis dilindədir və əsasən nüfuzlu şəxslərin övladlarının oxuduğu məktəb kimi tanınır.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. O, 185 milyon manatlıq yeyintidə ittiham olunur.

Fotoda: Rasim Məmmədov
Teqlər:
Bu xəbər cəmi 355 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR